GÜRCÜSTAN SEÇİMİ VƏ ZƏRƏRSİZLƏŞDİRİLƏN QICIQ NÖQTƏLƏRİ

Aktual / Siyasət / Manset 10-okt, 14:499 tv713 9 0



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 8-də qonşu ölkəyə etdiyi işgüzar səfər bir çox parametrlər baxımından çox uğurlu idi.

Hər şeydən öncə bu səfər Azərbaycanla Gürcüstan arasında daşınma və loqistika sahəsində əməkdaşlığın daha da dərinləşəcəyini, hər iki ölkənin tranzit potensiallarının əhəmiyyətli dərəcədə artacağını və elə bununla da Avrasiyanın təkcə enerji deyil, nəqliyyat təhlükəsizliyində əvvəlkindən qat-qat böyük rol oynayacaqlarını ortaya qoydu. İlham Əliyevin açıqlamalarından da o da bəlli oldu ki, Azərbaycan yükdaşımaların daha keyfiyyətli və daha təhlükəsiz olması üçün qonşu dövlətin ərazisində səhmdar qismində çıxış etməkdə israrlıdır. Bununla da Azərbaycan qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinə öz töhvəsini vermiş olur. Yəni, Gürcüstan bizim karbohidrogen ehtiyatlarmızın tranizt gəlirlərindən pay aldığı kimi, Azərbaycan da Gürcüstanın coğrafi mevqeyindən eyni məqsədlə faydalanır. Şübhəsiz ki, belə əməkdaşlığın özü həm də bu dövlətlərin geosiyasi çəkilərini də artırmış olur. İlham Əliyevin açıqlamaları fonunda ortaya çıxan həqiqət bundan ibarətdir ki, Azərbaycan regional problemlərin həlli və ümumi regional inteqrasiyanın inkişafı kontekstində bölgənin lideri olaraq tam müstəqil şəkildə öz sözünü deyir.
Bu addım həm də Ermənistana növbəti bir çağırışdır. İlham Əliyev öz siyasi gedişləriylə Ermənistana və eləcə də onun havadarlarına anlatmaq istəyir ki, bölgədə olan bütün növ problemlərin həlli istiqamətində biz ikitərəfli, üçtərəfli əməkdaşlığa hazırıq. Məhz belə əməkdaşlığın sayəsində də problemləri əlavə qüvvələrin iştirakı olmadan həll edə bilmək qüdrətindəyik.
Sülh anlaşmasının imzalanmalı olduğu yer kimi niyə məhz Gürcüstana üstünlük verilməsinin səbəbi də siyasi baxımda çoxşaxəli olduğu kimi coğrafi və tarixi faktorlar baxımından da düşündürücüdür. Strateji hədəflər kontekstində İlham Əliyevin atdığı addımlar indiyə qədər uğurla davam edib və bu mənada atılan növbəti addımlar da heç şübhəsiz ki, gələcək strategiyaya hesablanıb. Üstəlik baş nazir Qaribaşvilinin “mən bir daha cənab Prezidentə onu da bildirdim ki, biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik" açıqlaması strateji hədəfə doğru gedən yolda qazanılan uğurlardandır.
Gürcüstan səfərinə geostrateji məkanda marağı olan dövlətlərin baxış prizmasından yanaşsaq İlham Əliyevin seçimi həm Rusiya, həm də Amerika faktoru baxımından ən optimal variantdır. Coğrafi məkan olaraq sülh sazişi üçün Gürcüstanın seçilməsi qlobal güclərin qıcıq nöqtələrini tam zərərsizləşdirir. Belə bir görüşün hansısa Avropa ölkəsində keçirilməsi Rusiyanı, yaxud, həmin görüşün Rusiyada keçirilməsi Avropa və Amerikanı qıcıqlandıracaqdı. Bu baxımdan İlham Əliyevin Gürcüstan faktoru üzərində dayanması və sülh çağırışları etməsi onun uzaqgörən siyasətinin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Məhz bu seçimlə Azərbaycan tərəfləri fakt qarşısında qoyur, onların hansısa irad bildirmələri üçün arqumentləri qalmır. Eyni zamanda İlham Əliyev bu seçimiylə Cənubi Qafqazın lider dövləti olaraq bölgədəki problemlərin həlli istiqamətində öz vasitəçilik missiyasını qeyri-adekvat olaraq ortaya qoymaq istəyən Fransa timsallı dövlətlərin pozucu fəaliyyətinin qarşısını almaqla həm də Ermənistana bölgədaxili inteqrasiyada manevr etmək imkanı verir.


Müəllif: Sevinc Hacızadə
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr