ÜMİD partiyasnın Qərarı

Aktual / Siyasət / Manset 18-dek, 17:389 tv713 1 0




Azərbaycan Ümid Partiyasının 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı qərar qəbul edib.

Tv 713. az saytı həmin Qərarın mətnini təqdim edir.

Ümid Partiyası 2002-ci ildən siyasi proseslərdə ölkənin əsas partiyalarından biri olmuş və keçirilən bütün seçkilərdə (2004-cü il bələdiyyə seçkiləri xaric) aktiv iştirak etmiş, seçici ilə səmimi ünsiyyətdə olmuş, proqramını, gələcək planlarını açıq bəyan etmiş, qalib gəlmək üçün bütün partiya resurslarını səfərbər etmişdir. Hər keçirilən seçkidə partiyanın təşkilatlanması və seçici rəyinə təsir edən siyasi instituta çevrilmək üçün yeniliklər tətbiq etmiş, qanun çərçivəsində bütün imkanlardan yararlanmağa çalışmışdır.

Partiyanın əsas məqsədi dövlətçiliyimizin möhkəmləndirilməsi, işğal olunmuş torpaqlarımızın azad olunması, suveren hüquqlarımızın ölkə ərazisində bərqərar olması, vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılması, demokratik təsisatların inkişaf etdirilməsi, əsas insan hüquq və azadlıqlarının qorunması olmuşdur. Keçirilən hər bir seçkini fürsət bilən partiya bu istiqamətdə geniş fəaliyyət göstərməklə, ölkənin əsas təşkilatlanmış partiyalarından birinə çevrilmişdir.

Ümid Partiyası bu gün təşkilatı, strukturu, proqramı və insan resursları ilə ölkə ərazisində ən tanınmış və rəğbət göstərilən partiyalardan biridir.

2020-ci il sentyabrın 27-də başlayan II Qarabağ savaşı zamanı Ümid Partiyası bütün resursları ilə dövlətin və onun maraqlarının yanında yer alaraq torpaqlarımızın işğaldan azad olunması istiqamətində əlindən gələni etməyə çalışdı.

Ölkə daxilində milli birliyin qorunması və 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması üçün tərəddüd etmədən ölkə Prezidentini, Ali Baş Komandanı və onun atdığı addımları dəstəklədi.
Keçən üç ildən bir qədər artıq zamanda Partiya milli dövlətçilik və suveren hüquqlarımızın bərpası istiqamətində baş verən hadisələrin məsuliyyətini dərk edərək, Azərbaycanımızın maraqlarınının qorunmasında heç zaman tərəddüd etmədi, xarici təhdidlərin və ayrı-ayrı dövlətlərin ərazi bütövlüyümüzün bərpası istiqamətində atılan addımlara görə ölkəmiz üzərinə diplomatik hücumlara öz mövqeyi ilə cavab verdi.

Torpaqların işğaldan azad edilməsi və suveren hüquqların bərpası istiqamətində bu cür tarixi şanslar çox nadir hallarda yaranır. Bunu düzgün qiymətləndirməyənlər çox təəssüf ki, təkcə özlərinə deyil, ölkə maraqlarına da ziyan vururlar.

Yaşadığımız 30 illik işğal tarixi və onun acı nəticələri bir daha sübut edir ki, ölkənin maraqları naminə hər kəs partiya və fərdi istəklərindən geri durmağı bacarmalı, tarixin verdiyi imkan və şansların düzgün dəyərləndirilməsi üçün rasional qərarlar qəbul etməlidir.

Ölkənin işğal olunmuş ərazilərinin azad olunması və suveren hüquqlarımızın bərpası keçən 3 il ərzində məhz Ilham Aliyevin siyasəti və adı ilə bağlıdır.

Baxmayaraq ki, bu gün torpaqlarımız işğaldan azad edilib, dövlət sərhədlərimizə nəzarət öz əlimizdədir, amma proses hələ bitməyib. Müxtəlif xarici təsirlər, bəzən təhdidlər, sülh müqaviləsinin bağlanmaması hələ də narahatlıq və böyük nigaranlıq yaradır.
Belə vəziyyətdə başlanılan və uğurla aparılan bir siyasətin yekununa varması üçün mütləq stabillik və davamlılıq, o cümlədən bu prosesi aparan Ali Baş Komandan İlham Əliyevin öz vəzifəsini icra etməsi ən məqsədəuyğun hal olardı.

Azərbaycan dövlətinin maraqlarını, ərazi bütövlüyünün bərpası işinin sülh müqaviləsi ilə yekunlaşmasını, aparılan siyasətin davamlılığını, suverenliyimizin möhkəmlənməsini, bu tarixi uğurun və şansın mütləq qələbə ilə sonlandırılmasını dəstəkləyən Ümid Partiyası 2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkilərində hazırki Prezident, Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyir və bunu ölkəmiz, xalqımız adına ən doğru qərar hesab edir.

Ümid Partiyası heç zaman seçicilərinə və vətəndaşlarımıza münasibətdə qeyri-səmimi olmadı.

İlham Əliyevin torpaqlarımızı işğaldan azad edərək 200 illik bir təhdidə son qoyması ölkə seçiciləri içərisində onun kifayət qədər yüksək reytinqini formalaşdırmışdır. Biz vətəndaşlarımız, seçicilərimiz ilə birlikdəyik.

Ölkə daxilindəki problemlərin həlli istiqamətində mübarizə və fəaliyyətimizi, prinsip və düşüncələrimizi yenə də ardıcıl və sistemli davam etdirəcəyik. Lakin bu mərhələ ölkə suverenliyi və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində həlledici mərhələdir. Başladığı işi uğurla sona çatdırması üçün bu seçkidə iddia və istəklərimizdən, şəxsi və partiya mənafelərimizdən daha çox Azərbaycanımızı düşünərək, Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyirik.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr