Çay evində gənclər arasında dava: "Mənimlə yaxşı görüşmədin..." – Təfərrüat

Kriminal 10-may, 12:039 admin 90 0
Çay evində gənclər arasında dava: "Mənimlə yaxşı görüşmədin..." – Təfərrüat


Bakıda çay evində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Məhərrəm Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Beş.az teleqraf.com-a istinadən xəbər verir ki, Məhərrəm Quliyev Xətai rayonu Neapol küçəsində "Antalya" dönər evinə gəlib, orada çay içərkən digər masada əyləşmiş Hüseynlə görüşüb.

Məhərrəm Hüseynin saymazyana və özünü üstün tutaraq görüşməsindən narazı qalıb.

Məhərrəm onunla birlikdə kafedən kənara çıxıb və bu cür münasibət göstərməsini ona irad tutub.

Hüseyn kobud və təhqiramiz formada cavab qaytarıb. Bundan əsəbiləşən Məhərrəm özündə bıçaqla Hüseynə bir neçə zərbə vurub.

Zərərçəkmişə xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Məhərrəm Quliyev barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhərrəm Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Məhərrəm Quliyev apelyasiya şikayəti verib və barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi ilə ittiham elan edilib.

Şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Şikayəti təmin edilməyib.

Qərardan narazı qalan Məhərrəm Quliyev kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiya kasasiya şikayətini təmin etməyib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr