Tatoyan təsdiqlədi: Ermənistana “keçən” 25 hektar ərazi…

Siyasət / Manset 17-may, 08:109 tv713 3 0



Xəbər verdiyimiz kimi, Ermənistan Nazirlər Kabineti Qazax-Tavuş ərazisində delimitasiya nəticəsində ermənilər üçün 33 ildir əlçatmaz olan 25 hektar sahənin kəndlilərin ixtiyarına veriləcəyini açıqlamışdı.

Tv 713.az xəbər verir ki, erməni mediası bunu “Azərbaycana aid olan 25 hektar ərazi” kimi təqdim etmiş və yaxud hökumət özü açıqlamasının bu cür anlaşılmasına çalışmışdı.

Sabiq ombudsman Arman Tatoyan erməni mediasına bildirib ki, komandası ilə birgə yerdə araşdırma aparıb və məlum olub ki, “33 ildir əlçatmaz olduğu” bildirilən 25 hektar ərazi minalanmış sahədir. Delimitasiyadan sonra o ərazi minalardan təmizlənəcək və əhalinin ixtiyarına veriləcək.

O həmçinin qeyd edib ki, Kirantsda iki ev və 57 torpaq sahəsi Azərbaycana keçib.

Kirant kənd sakinləri də 60 yaxın torpaq sahəsinin (16 hektara yaxın) 1976-cı il xəritəsi ilə Azərbaycana keçdiyini təsdiqləyiblər. Ancaq iddia ediblər ki, Azərbaycan ərazisinə 2 deyil, 7 ev düşür.

Qeyd edək ki, bundan öncə Kirants kənd sakinləri 25 hektarın minalanmış sahə olduğunu mediaya açıqlamışdılar.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr