"Qarabağ" "Ludoqrets"i darmadağın etməklə pley-offda!

İdman / Manset 14-avq, 01:089 tv713 7 0




UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün baş tutacaq “Ludoqorets” (Bolqarıstan) – "Qarabağ" matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

Tv713.az xəbər verir ki, "Ludoqorets Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo

Ludoqorets: Hendrik Bonmann, Anton Nedyalkov, Olivye Verdon, Diniş Almeyda, Son, Pedro Naressi, Deroy Duarte, Yakub Pyotrovski, Rik, Dua Kvadvo, Ruan Seko.

***

"Ludoqorets" - "Qarabağ" qarşılaşması start götürdü.

***

"Qarabağ" Juninyonun matçın 7-ci dəqiqəsində vurduğu qolla hesabı açdı: 0-1.

***

Duah 13-cü dəqiqədə meydan sahiblərinin bərabərlik qolunu vurdu: 1-1.

***

"Ludoqorets" görüşün 22-ci dəqiqəsində Duahın penalti zərbəsi ilə hesabda önə keçdi: 2-1.

***

"Qarabağ" matçın 45-ci dəqiqəsində Benzianın penaltidən vurduğu qolla hesabı bərabərləşdirdi: 2-2.

***

Andrade ilk hissənin son saniyələrində vurduğu qolla komandasını hesabda önə keçirdi: 2-3.

***

90 dəqiqə ərzində ümumi hesab bərabər olduğu üçün əlavə 30 dəqiqə oynanılacaq.

***

Əlavə vaxt oynanılır.

***

Toral Bayramov 93-cü dəqiqədə "Qarabağ"ın dördüncü qolunu vurdu: 2-4.

***

Cica 111-ci dəqiqədə komandasının beşinci qoluna imza atdı: 2-5.

***

Andrade 112-ci dəqiqədə altıncı qolu vurdu: 2-6.

***

Benzia 118-ci dəqiqəsində özünün ikinci, komandasının yeddinci qolunu vurdu: 2-7.

***

"Qarabağ" Bolqarıstan səfərində "Ludoqrets"i 7-2 məğlub edərək pley-off mərhələsinə vəsiqə əldə etdi.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr