ABŞ-ın Polşadakı bazası döyüş hazırlığı vəziyyətinə gətirildi

Siyasət / Dünya / Manset 22-noy, 19:159 tv713 2 0





Noyabrın 21-də Rusiya bildirib ki, Polşanın şimalında ABŞ-ın yeni raketdən müdafiə bazası döyüş hazırlığı səviyyəsini artırıb və bu, nüvə təhlükəsinin ümumi səviyyəsinin artmasına səbəb olacaq. Varşava da Moskvadan gələn daimi təhdidlərin yalnız NATO-nun müdafiə qabiliyyətinin artırılması iddiasını gücləndirdiyini bildirib.

Tv713. sz xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova isə bildirib ki, bu, amerikalıların və onların NATO-dakı müttəfiqlərinin strateji sahədə sabitliyi pozan bir sıra hərəkətlərində növbəti açıq təxribatçı addımdır.

Qeyd edək ki, Polşanın Redzikovo şəhərində, Baltik dənizi sahillərində yerləşən sözügedən baza noyabrın 13-də açılıb.

Polşa Xarici İşlər Nazirliyinin rəsmisi Pavel Voronski bazada nüvə raketlərinin olmadığını, onun tamamilə müdafiə xarakteri daşıdığını bildirib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr