Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişdi

Aktual / Siyasət / Manset 01-dek, 13:529 tv713 1 0





“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişiklik edilib.

Tv713.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərar ilə təsdiq edilmiş Qaydalara bir sıra hüquqi və texniki dəyişikliklər edilib.

Dəyişikliklərə görə, işəgötürənin pensiya hüququ verən iş xarakteri barədə arayış vermədiyi hallarda, həmin məlumatın əldə edilməsi üçün alternativ sənədlərdən istifadə edilə bilər. Belə ki, şəxsin əmək müqaviləsi barədə məlumatlar MEİS-in “Əmək və məşğulluq” altsistemindən çıxarış əsasında təsdiqlənəcək. İşə xitam 2014-cü il iyulun 1-dək verilibsə, əmək kitabçasındakı qeydlər əsas götürüləcək, şübhə yarandıqda isə Dövlət arxivinin arayışı tələb olunacaq.

Qaydanın 5.5-ci bəndi yeni redaksiyada təsdiqlənərək bildirilib ki, avtomatlaşdırılmış təyinat istisna olmaqla əmək pensiyalarının verilməsi yalnız 5 nömrəli Əlavəyə uyğun rəsmi qərarla rəsmiləşdiriləcək.

Qaydaya əlavə edilən 6.7 və 6.8-ci bəndlərdə yeniliklər nəzərdə tutulur:

İşləyən pensiyaçıların fərdi hesabındakı kapitala əsasən pensiya yalnız müraciət tarixindən etibarən yenidən hesablanacaq.

İşləməyən pensiyaçılar üçün isə kateqoriya dəyişimindən əvvəlki maksimum 3 il üçün onların ödənişi təmin ediləcək.

Dövlət qulluqçularına münasibətdə əməkhaqqı əsasında yenidən hesablanma yalnız müvafiq dövlət orqanının təqdim etdiyi təsdiqedici arayış əsasında aparılacaq.

Qeyd edilib ki, yenidən hesablanma zamanı pensiyaçı üçün ən yüksək məbləğ tətbiq olunacaq.

Qaydaya 11 nömrəli Əlavədə də dəyişiklik edilib və şəxsin pensiya təyin edilməsindən imtina qərarına qarşı inzibati qaydada və ya məhkəməyə şikayət hüququ rəsmiləşdirilib
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr