Qalib Liderimizin cəmiyyətə təqdim etdiyi Obraz
Azərbaycanda vicdanlı məmur obrazından danışmaq nə qədər çətin olsa da, amma çox şükürlər olsun ki, həm şəxsi keyfiyyətləri, həm də xidməti fəaliyyəti baxımından cəmiyyətin gözləntilərinə cavab verə bilən belələri az da olsa, hələ ki, var. Hazırda Hacıqabul rayon icra hakimiyyətinin başçısı işləyən SEVİNDİK HƏTƏMOV da belə məmurlardandır.
Sevindik müəllimin harada işləməsindən asılı olmayaraq onun fəaliyyət prinsiplərində dürüstlük və şəffaflıq, qərarlarında obyektivlik, korrupsiya və şəxsi maraqlardan daim uzaq durmaq, xalqın maraqlarına xidmət etmək, insanpərvərlik, sadəlik və təvazökarlıq və saymaqla bitməyən insani keyfiyyətlər hər zaman üstünlük təşkil edib.
Cənab Prezident öz şıxışlarında dəfələrlə vurğulayıb ki, “yerlərdəki məmurlar mənim nümayəndələrimdir. Məmurun vəzifəsi də xalqın xidmətində dayanmaqdır. Xalqımın bir nömrəli xidmətçisi də mən özüməm”. Dövlət başçımızın bunca sadə və anlaşıqlı bir tərzdə məmurların daşıdığı yükün nədən ibarət olmasını anlatması ən yüksək tərifə layiqdir. Və zatən cənab Prezidentimiz Qalib Lider olaraq hər zamankı bu açıqlamasında da sözünü əməliylə çox mükəmməl bir şəkildə cilalayıb. Və Sevindik Hətəmov da əməllərilə Qalib Liderimizin cəmiyyətə təqdim etdiyi məmur obrazının Özüdür.
Dövlət başçımız bununla yerlərdəki nümayəndələrinə, məmurlara bir örnək göstərib. Haqqında danışdığımız Hacıqabul rayon icra başçısı Sevindik Hətəmovun fəaliyyəti bu mənada alqışlanasıdır. Çünki bu Adam istər Yardımlıda olsun, istər Salyanda olsun, istərsə də hazırda rəhbərlik etdiyi Hacıqabul rayonunda bir icra başçısı olaraq hər zaman cənab Prezidentin söylədiyi kimi “xalqın maraqlarına xidmət” edib. Dövlətin ona etibar etdiyi postu, vəzifəni hakimiyyətdə olanın ağalığı kimi deyil, əksinə, xalqa xidmət kimi qəbul edib. Hər zaman vətəndaşlarla ünsiyyətdə nəzakətli olub, hər kəsi dinləməyi bacarıb, elin, obanın xeyrində, şərində hər zaman onların yanında olub, xalqla əl-ələ verib işləməyi, problemləri aradan qaldırmağı bacarıb.
Hər zaman mövcud qanunlara və etik prinsiplərə sadiq olan Sevindik Hətəmov bir çox özündənmüştəbeh məmurlardan fərqli olaraq ona tapşırılan postun, ona verilən səlahiyyətin mahiyyətini çox gözəl bilir və bu səlahiyyətdən də yerində, düzgün bir şəkildə istifadə edir. Qəbul edilən sosial-iqtisadi inkişaf planlarınının mahiyyətinə uyğun olaraq əlində olan bütün imkanları səfərbər edib rəhbərlik etdiyi inzibati ərazi vahidini daim inkişaf etdirməyə çalışıb. Biz bunu həm Yardımlıda, həm Salyanda, həm də Hacıqabulda görmüşük. Elə bunun nəticəsidir ki, bu günün özündə belə Sevindik Hətəmovu həm yardımlılar, həm də salyanlılar özlərinki sanırlar. Yardımlılar bu günün özündə belə nə vaxtsa çətinə düşəndə Sevindik Hətəmov ismini xatirələrində canlandırır, ona ümid qapısı kimi baxırlar, kömək üçün ona müraciət edirlər. Sakinlərin dediklərinə görə imkanı çərçivəsində Sevindik Hətəmov da heç zaman vətəndaşı naümid qoymayıb.
Sevindik Hətəmov bu gün Azərbaycanın ictimai-siyasi sferasında daim dövlətçiliyin keşiyində dayanan, daim dövlətlə vətəndaş münasibətlərinin formalaşmasında, qurulmasında bütün imkanlarını səfərbər edən, bütün gücünü ortaya qoyan saf məmur obrazıdır. Xalqla münasibətlərində, xalqla davranışlarında hər zaman bir hesabatlılıq apaydın şəkildə sezilməkdədir. Və bununla da bir məmur kimi öz cavabdehlik missiyasını layiqincə yerinə yetirməklə bütöv toplumun hörmətini qazanıb.
Hər işsizin, hər acın, hər paltarsızın, hər imkansızın, hər xəstənin yerinə Sevindik Hətəmov özünü qoymağı bacarır. Və həmin kəslər üçün Sevindik Hətəmov həm də bir Ağatlı Oğlan timsalında daim imdadlarına çatır. Ən azından xoş bir sima, ən azından xoş bir kəlmə, ən azından sabaha ümidlə Sevindik Hətəmov hər zaman həmin kəslərin yanında olur. Dövləti vətəndaşına sevdirməyi bacaran insandır Sevindik Hətəmov.
Görüləcək işlərlə bağlı heç zaman düşündükləriylə baş aldatmır, əksinə icra etdiyi işlərlə, əməllərə cəmiyyət qarşısında cavabdehlik və məsuliyyət hissini yetərincə dərk etdiyini və bundan irəli gələn vəzifələri layiqincə yerinə yetirdiyini təmənna ummadan təqdim edir. Adam əməl sahibidir, gördüyü işlər də zatən ortalıqda və buna icra başçısı kimi işlədiyi rayonların sakinləri də şahidlik edir.
Şahidi oluruq ki, bir çox hallarda bəzi məmurlar öz səlahiyyətindən istifadə edərək edilən şikayətlər, çatışmazlıqlar fonunda bundan daha çox təzyiq metodu kimi istifadə edir, idarəetmə sistemini vətəndaşa sanki qamçı rolunda təqdim edir. Bax belə məmurların tam əksinə olaraq Sevindik Hətəmov isə əksinə, ona verilən səlahiyyətin imkanlarından istifadə edərək problemlərin, çatışmazlıqların aradan qaldırılmasında bundan köməkçi vasitə kimi istifadə edib, vətəndaşın idarəetmə sisteminə olan sevgisini daha da möhkəmləndiri, dövlətin öz vətəndaşına sahib çıxmasını əyani şəkildə ortaya qoymağı bacarır.
Sadəliyi ilə hər yerdə hər kəsin rəğbətini qazanmış Sevindik müəllim xalqla bir olmaqdan zövq alır, Adam sanki bunu özünə həyat kredosu seçib.
Məmur dürüstlüyünün əyani görüntüsü onun yerli problemlərlə bağlı doğru-dürüst qərar qəbul etmə prosesində özünü daha çox büruzə verir. Və qəbul edilən qərarlar da hansısa şəxsi maraqlara deyil, qanuna və ədalətə əsaslanır. Şəffaf və əsaslandırılmış şəkildə izah edilən qərarlar heç şübhəsiz ki, vəzifə baxımından aşağı ranqlı digər səlahiyyət sahibləri üçün sanki bir proqram xarakterli olur. Və beləcə işlər daha tez həllini tapır. Sevindik Hətəmovun istər Yardımlı, istər Salyan, istərsə də Hacıqabul rayonunda idarəetmə sistemi məhz bu prinsiplərə söykənib. Ən azından bu günün özündə belə adıçəkilən rayonların ictimai sferasında hökm sürən fikirlər, dəyərləndirmələr də buna bir sübutdur.
Sakinlər söyləyirlər ki, Sevindik müəllim “vətəndaşlarla münasibətdə
hamıya eyni münasibət göstərir. Heç kimə vəzifəsinə görə, hansısa tanışlığa görə, nə bilim, hansısa maddi imkana görə fərq qoymur. İnsanları heç vaxt süründürməçiliyə salmır, əksinə gözləmədiyin anda ortalıqda olan problemin həlli üçün sənin yanında olur.
Vicdanı onun üçün daxili nəzarət mexanizmidir..
Bütün bunlar vicdanlı məmur olaraq Sevindik Hətəmov şəxsiyyətini xarakterizə edən kiçicik bir görüntüdür. Arzu edək ki, biz bu görüntüləri bütün məmur təbəqəsinin simasında görə bilək…

MÜŞFİQ RƏHİMOV



















