İGİD TEYMURLU
VƏ VHP SƏDRİNİN GÜNAHI
"Akademik" RAFAEL HÜSEYNOVun siyasi kluarlardakı və ədəbi camedəki davranış tərzi deməyə əsas verir ki, bu adam sanki real bir insan deyil, daha çox metaforik, simvolik bir obrazdır.
Onda dürüst insan portreti yoxdur, əvəzindəsə riyakarlığın bütün xarakterik xüsusiyyətlərini özündə daşıyan bədii bir obrazdır Rafael Hüseynov. Metaforik bir obrazdan büt yaratmaqsa Sabir Rüstəmxanlının öz günahıdır....
Kimdir Rafael Hüseynov, onun akademikliyi özünü harada büruzə verib? Rafael kimilərin hansı akademik tapıntıları dünya elmi çapında öyrənilməkdədir?...
Bu söhbətin nədəninə toxunmadan belə tanıdığım Rafaellə bağlı bir-iki kəlmə söyləmək istəyirəm....
Geydiyi çarığı unudan, yediyi qaba tüpürən obrazdır Hüseynov Rafael.
Bu obraz reallıqda VHP-çidir, faktiki olaraqsa YAP-çıdan da çox YAP-çıdır. Vizual xüsusiyyətləri və virtual davranışları ərz edir ki, Rafael yapışdırılanlardan deyil, özü yapışanlardandır. Gözlərinin dediyini dodaqları, dodaqlarının dediyini davranışları təsdiqləmir. Hiyləgərliyi, xudpəsəndliyi, maskadan maskaya girməyi, ziddiyyətli davranış tərzləri akademik səviyyədədir.
Cismində iki Rafael yaşayır - biri Sabir Rüstəmxanlının adam eləyib adamlar arasına çıxardığı Rafael, digəri adamlar arasına çıxandan sonra öz missiyasını unudaraq özünü YAP-ın kölgəsində günə verən Rafael.
Bu gün nə rəhmətlik Heydər Əliyevin, nə də Prezident İlham Əliyevin Rafael Hüseynovun mədhiyyələrinə ehtiyacları yoxdur. Zatən rəhmətlik Heydər Əliyev son dövr Azərbaycan tarixinin özüdür, İlham Əliyev də Azərbaycan tarixində Qalib Lider Obrazıdır. Hüseynovun bu konuda çabaları isə ancaq və ancaq korporativ maraqlar üzərində köklənib.
Çox səliqəli, hətta bəzən süni dərəcədə “mükəmməl” görünüşü olsa da, bu, onun zahiridir. Daxilindəsə nə səliqədən, nə də mükəmməllikdən əlamət yoxdur. Bunu Rafaelin dillə bağlı məlum məsələnin müzakirəsində davranışı kontekstində özünütəqdimatı da göstərdi.
Süni təbəssümlərlə hər zaman özünü həddindən artıq nəzakətli göstərməyə çalışan bu zatın parıltılı zahiri və gizli niyyətləri apaydın görünməkdə.
Özü kimi görünməyən insanlar — yəni başqa cilddə yaşayan, öz daxili mahiyyəti ilə zahiri davranışı uyğun olmayan insanlar — cəmiyyətdə tez-tez rast gəlinən, amma həmişə anlaşılması çətin olan bir fenomendir. Bu, bəzən psixoloji səbəblərdən, bəzən sosial qorxudan, bəzən də şəxsi mənfəət məqsədindən qaynaqlanır.
Özünü gizlədən bir insandır Rafael Hüseynov. Öz daxili zəifliyini və maskalı simasını gizlətmək üçün xaricə özünün möhkəm və ya soyuqqanlı obrazını təqdim edir.
Manipulyativ davranışla bütün zamanlarda Sabir Rüstəmxanlının yanında yalançı səmimiyyətilə etimad toplayıb, Rüstəmxanlı ideyalarıyla gerçək şəkildə həmrəy olanlar belələrinin ucbatından hər zaman çevrimdışı olublar. Rüstəmxanlının formalaşdırdığı metaforik obraza qoyulan "stavkalar"ın beşdə biri VHP ideallarını yaşadanlara tanınsaydı....
Sözüylə əməli arasında uyğunsuzluq var, düşdüyü mühitə uyğun rəngini dəyişir. Rafael Hüseynov maskasının altında VHP-çilərlə həmrəy olmayan saxta davranışlı başqa bir ideologiyanın qulu var.
Riyakar insanı tanıya-tanıya onu qabağa çəkmək, riyakar insanı tanıya-tanıya yenə də ona güvənmək, ona imkan vermək, onu önə çıxarmaq, onu dəstəkləmək baxımından bütün günahlar Sabir Rüstəmxanlının Özündədir. Ki, ikiüzlülüy sınağa çəkməklə bu siyasi və sosial riski SABİR bəy VHP üçün bilərəkdən, ya da bilməyərəkdən yaradıb. Günah Sabir bəyin Özündədir, "akademik" Rafaeldə yox!




















