Əlillik təyinatına əsas verən xəstəliklər açıqlanıb

Aktual / Səhiyyə / Manset 26-yan, 18:009 tv713 6 0



Əlillik təyinatına əsas verən xəstəliklər açıqlanıb.

Tv 713.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2025-ci ildə görülmüş işlərin yekunları və qarşıda duran hədəflərə həsr olunmuş mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev məlumat verib.


O bildirib ki, son üç il ərzində onkoloji xəstəliklər (bədxassəli şişlər), psixiatrik və sinir sistemi xəstəlikləri üzrə müraciətlərin artdığı müşahidə olunur:

"Təbii ki, bu xəstəliklər ilə bağlı lazımi profilaktik tədbirlər görülür. Lakin əlillik təyinatı ilə bağlı müraciətlərdə bu xəstəliklərin artdığı bir faktdır".

Xatırladaq ki, ötən il ümumilikdə 54.5 min şəxsə əlillik təyin edilib, onlardan 25.3 min nəfərə ilkin, 29.2 min nəfərə isə təkrar əlillik təyinatı ilə bağlıdır.

Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr