Türkiyədə güclü zəlzələ baş verib
Türkiyənin qərbində 4,1 bal gücündə zəlzələ baş verib.
Beş.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 22:24-də qeydə alınan yeraltı təkanların episentri İzmir şəhərindən 122 kilometr şimal-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.