Kraliça Qarabağ atlarına heyran oldu - Foto

Dünya 13-may, 09:599 admin 87 0
Kraliça Qarabağ atlarına heyran oldu - Foto



Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının əfsanəvi kraliçası Viktoriyanın şərəfinə təşkil olunmuş və bütün dünya at sevərlərinin böyük marağına səbəb olmuş “Vindzor Kral Atçılıq Şousu”na yekun vurulub.

Kult.az xəbər verir ki, ​Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə bu tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin Qarabağ atları üzərində süvarilər dəstəsinin və rəqs ansamblının təqdim etdiyi “Azərbaycanın kəlağıyısı və Qarabağ atları” adlı şou-kompozisiya Birləşmiş Krallığının taxt-tacının sahibi, Ülyahəzrət II Elizabetin, kral ailəsinin üzvlərinin və digər tamaşaçıların xüsusi marağına səbəb olub.

Şou aparıcısının təmsilçilərimizin möhtəşəm çıxışını öncələyən təqdimatında şou-kompozisiyanın əsas elementlərindən birini təşkil edən 1500 ildən çox tarixə malik Azərbaycan kəlağayısının hələ iki əsr öncə - 1851-ci ildə Londonda keçirilmiş böyük sərgidə şahzadə Albert tərəfindən öz həyat yoldaşı Kraliça Viktoriyaya hədiyyə edilməsini vurğulaması böyük diqqətlə qarşılanıb.

​Qədim Vindzor qəsrinin ərazisində keçirilən bu tədbirdə Azərbaycan nümayəndə heyətinin nümayiş etdirdiyi şou-kompozisiyanı hər gün on minlərlə insan canlı izləyib, televiziya vasitəsilə milyonlarla tamaşaçı ecazkar milli musiqimizin sədaları altında Qarabağ atlarının gözəlliyinə, süvarilərimizin hünər və igidliyinə, rəqqaslarımızın çılğın və hərarətli rəqslərinə heyran olublar. Böyük Britaniyanın nüfuzlu “Dailymail.co.uk” internet portalı “Vindzor Kral Atçılıq Şousu”na həsr etdiyi reportajında Azərbaycanın Qarabağ atlarının iştirakı ilə nümayiş etdirilən şou-kompozisiyaların Kraliça II Elizabetin ən sevimli tamaşalarından olmasını xüsusi qeyd edib.
11 may tarixində tədbirdə iştirak edən Ülyahəzrət II Elizabet “Azərbaycanın kəlağayısı və Qarabağ atları” şou kompozisiyasına tamaşa etdikdən sonra Azərbaycan nümayəndə heyətinin üzvlərini – Azərbaycan Atçılıq Federasiyasının vitse-prezidentləri Sakit Məmmədovu, Bəhruz Nəbiyevi və idmançı Xədicə Qulubəylini qəbul edib. Görüşdə kraliçanın həyat yoldaşı Edinburq hersoqu şahzadə Filipp, kraliçanın nəvəsi Sasseks hersoqu şahzadə Harri və digər rəsmi şəxslər iştirak etmişlər. Azərbaycan xalq rəssamı Sakit Məmmədovun “Bahar qızı” adlı rəsm əsəri və Azərbaycan Kəlağıyısı Ülyahəzrət II Elizabetə hədiyyə kimi təqdim olunub, təqdimat zamanı rəsm əsərində təsvir edilən Bahar qızının Azərbaycanın qədim Novruz bayramının simvollarından biri olması, kəlağıyının üzərində təsvir edilmiş Xan qızı Natavan, Qarabağ atları, milli musiqi alətləri, xarı bülbül bitkisi haqqında geniş məlumat verilib.

Ülyahəzrət II Elizabet Azərbaycan təmsilçilərinin nümayiş etdirdikləri möhtəşəm şou-kompozisiyaya, rəsm əsəri və milli kəlağayının hədiyyə edilməsinə görə dərin minnətdarlığını bildirib.



Kraliça Qarabağ atlarına heyran oldu - Foto


Kraliça Qarabağ atlarına heyran oldu - Foto
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr