Bakıdakı dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxdı - - VİDEO

Kriminal 14-may, 13:569 admin 95 0


Dünən saat 13 radələrində Qaradağ rayonunda təcili tibbi yardım avtomobilinin düşdüyü dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Beş.az publika.az-a istinadən xəbər verir ki, Ələt qəsəbəsi yaxınlığında sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılan "Mercedes" markalı təcili yardım avtomobili Səhiyyə Nazirliyi Qaradağ Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə məxsus olub.

Avtomobildə olan şəxslərin hamısı həmin mərkəzin işçiləri olub. Qəza zamanı hadisəni törədən mərkəzin sürücüsü, demək olar ki, ciddi xəsarət almayıb. Lakin mərkəzin əməkdaşları 1963-cü il təvəllüdlü Səhər Haqvediyeva, 1962-ci il təvəllüdlü Xanım Zərbəliyeva və 1995-ci il təvəllüdlü Sibel Məmmədli müxtəlif xəsarətlərlə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Yaralılar arasında Sibel Məmmədlinin vəziyyətinin çox ağır olduğu, həkimlərin onu həyatda saxlamaq üçün çalışdığı bildirilir. Belə ki, hadisədə 24 yaşlı Sibelin hər iki ayağı bud nahiyədən qırılıb. Onda, həmçinin açıq kəll-beyin travması diaqnozu, daxili orqanların zədələnməsi və digər birləşmiş travmalar təyin edilib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr