Xalq artisti 2 milyon insanı təhqir etdi: "Zir-zibil istəmirəm" - VİDEO
Xalq artisti Tünzalə Ağayeva AVTO FM-in "Nigarla Günorta Şousu" verilişinin qonağı olub.
Yeniavaz.com xəbər verir ki, veriliş ərzində bir çox mövzulara toxunan müğənni bəzi izləyicilərdən xeyli narazı olduğunu bildirib.
Bununla yanaşı, xalq artisti sosial şəbəkədə gündə onlarla insanı qara siyahıya atdığını etiraf edib və hətta onları zir-zibil adlandırıb:
"Mənim blok sayım artıq 2 milyona gəlir. Bunu açıq deyirəm. Günə 10 profil blok edirəm. Mən sosial mediamda zir-zibil istəmirəm. Mənim gözlərim ona layiq deyil".