"Zəngəzur dəhlizinin açılmasını əngəlləyən İrandır"

--- 12-sen, 08:369 tv713 56 0
Bir müddət öncə may ayının 10-da Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan etmiş, tanınmış politoloq Qafar Çaxmaqlı artıq Azərbaycanda əsəbləri tarıma çəkən olayı - İranın ermənipərəst mövqeyini ölkə mətbuatına belə şərh edib:

"İranın Azərbaycanla bağlı siyasəti əvvəldən bəllidir. Şimali Azərbaycanda ortaya çıxan dövlətimizi özü üçün təhdid görür və bunu heç zaman da gizlətməyib.


"Zəngəzur dəhlizinin açılmasını əngəlləyən İrandır"


Güney Azərbaycan türkləri faktoru onu narahat edir. İmkan düşən kimi də Azərbaycanın zəif olması üçün əlindən gələni edib. Ermənistanla Azərbaycan arasında münaqişədə də ermənilərin tərəfini tutub. Bu artıq İranın dövlət siyasətinə çevrilib və orada hakimiyyətdə hansı mollanın olmasından asılı olmayaraq bunun dəyişəcəyinə ümid etmək sadəlövhlük olardı. Qarabağ zəfərini də İran həzm etmir. Sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də Ermənistan sərhədlərini özünün qırmızı çizgisi hesab etdiyini bəyan edir. Türkiyənin bölgədə artan gücünə qarşı düşmənçilik siyasətindən vaz keçməyən Ermənistala müttəfiqlik münasibətləri, hərbi əməkdaşlıq qurur, ermənilərə altdan - altdan siyasi və digər yardımlarını etməkdədir. Müharibənin qızğın dövründə belə Qarabağa dolu TIR-ların göndərildiyi görüntülər də dediyimizin sübutlarından biridir. İndi də Qarabağın işğaldan hələ ki, azad olunmamış ərazilərinə İran yük maşınlarının giriş - çıxışları göstərir ki, İran köhnə şakərindən əl çəkməyib. İran Zəngəzur dəhlizin də açılmasına mane olan və Ermənistanla eyni mövqedən çıxış edən bir dövlətdir. Ermənistana ümid verərək Zəngəzur dəhlizinin açılmasını əngəlləyən də məhz İrandır. İrana güvənərək bu dəhlizin açılmasına mane olacaq siyasətin yürüdülməsi və dəhlizin açılmasının uzadılması bu ölkənin qısqanc siyasətinin nəticəsidir. Ermənilərə ümid verilir ki, onları iqtisadi blokadadan çıxaracaq başqa bir layihəyə cəlb edəcəklər. Çindən başlayacaq İran- Ermənistan və Gürcüstan keçməsi planlaşdırılan xəyali nəqliyyat xətti də artıq reallıq olan Zəngəzur dəhlizin açılmasına mane olmaq cəhdidir. Həm Ermənistanı, həm də İranı yerində oturtmaq üçün Azərbaycanın əlində kifayət qədər rıçaqlar, təsir vasitələri mövcuddur. Bunları işə salmağın zamanı gəlmişdir".
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr