DİN-də iki idarə rəisi təyinatı oldu - Vilayət Eyvazov polkovniklərə yüksək vəzifələr verdi
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərik etdiyi strukturda kadr islahatlarını davam etdirir.
tv713.az Strateq.az-a istinadla xəbər verir ki, bu gün Daxili İşlər nazirinin əmriylə Lənkəran Şəhər Polis İdarəsinin rəisi, polkovnik İslam Hümbətov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin edilib.
Nazirin bir başqa əmriyləsə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev İnterpolun Milli Mərkəzi Bürosunun (baş idarə səlahiyyətli) rəisi təyin edilib.
Xatırladaq ki, İnterpolun Milli Mərkəzi Bürosunun bundan qabaqkı rəisi general-mayor Mehman Təhməzov bir müddət əvvəl yaş həddi ilə əlqədər təqaüdə göndərilib.