"Dövlətinə qara yaxanlara heç yerdə yer yoxdur"- Deputat Almaniyadan deportasiya edilənlərdən DANIŞDI
Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Onlar mühacir bazarı açmaq günahlandırılırlar.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Hüseynov bildirib ki, baş verən proseslər onu göstərdi ki, öz vətənində sözünü normal şəkildə deyə bilməyən, qıraqda dövlətinə ləkə yaxan insanların heç bir yerdə yer yoxdur: "Dövlətimizə qarşı qarayaxma kampaniyası aparanların bir çoxu xaricə qaçır, özlərini çox yuxarıdan apaırırdılar. Amma proseslər onu göstərir ki, bu cür əqidəyə sahib insanlara heç yerdə yer yoxdur. Məncə son baş verənlər onlara dərs olmalıdır. Bizim vətənimiz Azərbaycandır. Hər birimiz dövlətimizin müstəqilliyinin qorunmasına çalışmalıyıq. Hər hansı bir sözümüz olanda da biz öz tribunamızdan istifadə edərək fikirlərimizi normal şəkildə ifadə etməliyik. O zaman istədiyimiz cavabı da ala bilərik".