Xoyda zəlzələdən zərər görən evlərin son statistikası
Güney Azərbaycanın Xoy şəhərində yanvarın 28-i baş verən 5.9 bal gücündə zəlzələdə zədələnən evlərin ümumi sayı 13200-ə çatıb.
Tv 713.az xəbər verir ki, bu barədə fevralın 8-də Qərbi Azərbaycan əyalətinin Mənzil Fondunun başçısı Cəfər Bərzgər deyib.
Onun sözlərinə görə, 21500 ev mütəxəssislər tərəfindən yoxlanılıb.
Zərər görən evlərin 2120-i yenidən tikilməli, 11,100 ev isə təmir edilməlidir