Əhaliyə şad xəbər: Bu xidmət də “ASAN xidmət”ə verilir

İqtisadiyyat 16-noy, 15:159 xebertv 50 0
Əhaliyə şad xəbər: Bu xidmət də “ASAN xidmət”ə verilir
"İstilik şəbəkələrinə qoşulma və istilik enerjiindən istifadə üçün texniki şərtlərin verilməsi qaydaları” "ASAN xidmət”ə verilir.
Bunu Oxu.Az-a açıqlamasında "Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər aparılır:

"Bununla bağlı bir sıra texniki məsələlər həll edilməlidir. Əməkdaşlarımızın orada yerləşdirilməsi, onların müqaviləsi və başqa məsələlər həll olunmalıdır”.
İ.Mirzəliyev bildirib ki, il ərzində texniki şərtlərlə bağlı "Azəristiliktəchizat” ASC-yə müraciətlərin sayı çox az olur, bu rəqəm 10-12-dir.
Sədr müavini binalara isti su təchizatının verilməsindən də danışıb:
"Bu, çox böyük bir məsələdir. Biz bu gün 300-ə yaxın binanı artıq isti su ilə təmin edirik. Binalara isti su təhcizatının verilməsi üçün qazanxalarda əlavə güc yaradılmalıdır, isti suyun daşınmasına görə xətlər çəkilməlidir. Bunlar texniki cəhətdən mümkündür, sadəcə, vəsaitlə bağlı məsələlər həll edilməlidir”.
İ.Mirzəliyev qeyd edib ki, binalarda isti su təchizatı 3-5 il sonra mümkün ola bilər.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr