Ermənilər Azərbaycanla sərhəddə xidmətdən imtina etdi
Erməni polis qüvvələri Azərbaycanla sərhəddəki postlarda xidmət etməkdən imtina ediblər.
Tv 713.az xəbər verir ki, bu barədə erməni jurnalist Oskan Sərkisyan məlumat yayıb.
O bildirib ki, polislərə sərhəddə xidməti üçün aylıq 180 min dram (təxminən 800 manat) ödənilirmiş, bir müddət öncə isə bu məbləğ 120 min drama qədər azaldılıb.
O qeyd edib ki, məbləğ azaldılandan sonra polislər sərhəddə xidmətdən imtina ediblər.
Xatırladaq ki, əsgər çatışmazlığı səbəbindən Ermənistan sərhəddə polislərin günəmuzd xidmətini təşkil edir.