STM yeni imtahan modeli ilə bağlı hesabatını təqdim edəcək

Cəmiyyət 18-noy, 19:459 xebertv 65 0
STM yeni imtahan modeli ilə bağlı hesabatını təqdim edəcək
Sosial Tədqiqatlar Mərkəzinin "Azərbaycan Barometri” jurnalının xüsusi oktyabr sayında "Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinə dair analitik hesabat”ı dərc edilib.

STM.az saytı bildirir ki, hesabatın icmalında qeyd edilir, inkişafın yeni mərhələsindən Azərbaycanda təhsil sistemində köklü islahatların aparılması strateji məsələ kimi dövlət siyasətinin daima diqqət mərkəzində olub.

2012-ci ildə ölkə Prezidentinin müvafiq sərəncamına əsasən o zamankı TQDK-nın Əsasnaməsində dəyişiklik edilməklə, monitorinq imtahanlarının keçirilməsi onun vəzifələrinə daxil edilib. 2015-ci ildən etibarən bilik və bacarıqların qiymətləndirilməsi istiqamətində əməkdaşlığın təmin edilməsi üçün Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssislərindən ibarət birgə İşçi qrup yaradılıb. 2017-ci ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanı DİM tərəfindən yeni qaydalar əsasında keçirilib. Həmin ilin oktyabrında DİM və Təhsil Nazirliyi arasında keçirilən görüşdə 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli ictimaiyyətə təqdim edilib.

Cari - 2019-cu ilin fevral ayından etibarən həm kağız daşıyıcıları, həm də onlayn sınaq imtahanlarının, mart ayından etibarən isə buraxılış və qəbul imtahanlarının keçirilməsinə start verilib.

DİM tərəfindən buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiqinə cəmiyyətdə münasibət birmənalı olmayıb, onun müsbət və mənfi tərəfləri ətrafında müzakirələr bu gün də davam edir.

Sosial Tədqiqatlar Mərkəzi buraxılış və qəbul imtahanlarında bu il tətbiq olunan yeni modelin müsbət və mənfi tərəflərini, ümumilikdə Azərbaycanın təhsil sisteminin bugünkü vəziyyətini və cəmiyyətin bu yeniliklərə münasibətini araşdırmaq üçün Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin nümayəndələri, abituriyentlər, valideynlər, müəllimlər və təhsil ekspertləri arasında cari ilin iyun-iyul aylarında ictimai rəy sorğusu keçirib.

Sosial Tədqiqatlar Mərkəzinin 539 respondent və 12 ekspert arasında keçirdiyi ictimai rəy sorğusu Dövlət İmtahan Mərkəzinin regional mərkəzləri əsas götürülməklə, 10 şəhər və rayonu (Bakı, Sumqayıt, Gəncə, Bərdə, Şəki, Şirvan, Xaçmaz, Göyçay, Lənkəran, Mingəçevir) əhatə etməklə genişmiqyaslı tədqiqatın nəticələrinin təsbiti ilə nəticələnib.

Hesabatın təqdimatı yaxın günlərdə baş tutacaq.
Qeyd edək ki, hesabat STM-in Daxili siyasətin təhlili departamenti
İctimai rəyin öyrənilməsi departamentləri tərəfindən hazırlanıb.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr