Fatimə kürəkəninə görə ancaq "ağır" rəqslər edəcək -
Rəqqasə Fatimə Fətəliyeva bundan sonra efirlərdə hind rəqsi oynamayacaq.
BEŞ.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Ən yaxşısı" verilişində deyib. O bildirib ki, buna səbəb artıq qayınana olmasıdır. Fatimə bundan sonra ağır rəqslər nümayiş etdirəcək:
"Efirlərdə yox, xınalarda hə. Mənim kimi qayınanaya ağır rəqs yaraşacaq. Hamı özü başa düşsün. Hind rəqsi çılğındır. Ona görə də olmaz".