Erməni jurnalist Bakı haqda

Cəmiyyət / Manset 25-noy, 09:229 xebertv 64 0
Erməni jurnalist Bakı haqda

Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri misli görünməmiş bir şeydir.

XəbərTv.İnfo Virtualaz.org-a istinadən bildirir ki, bunu bu yaxınlarda Azərbaycana səfər edən erməni jurnalisti, "Şant" telekanalının şərhçisi Artyom Yerkanyan “Sputnik Ermənistan”a müsahibəsində deyib.

"Belə bir görüş iki ölkə liderlərinin razılığı, təbii ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin dəstəyi ilə, ilk dəfə keçirildi ..." deyən Yerkanyan qeyd edib ki, erməni jurnalistlərin sıravi azərbaycanlılarla birbaşa ünsiyyət qurmaq üçün bir sıra imkanları olub.

"Məsələn, mağazadakı satıcı bizim erməni olduğumuzu biləndə şoka düşdü, amma heç bir neqativ münasibət olmadı",-deyə Yerkanyan vurğulayıb.
Erməni jurnalist bildirib ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri "konstruktiv köklənmişdilər".

Artyom Yerkanyan Azərbaycanda bir sıra görüşlər keçirdiklərini təsdiqləyib, hansılar ki, onlar barədə məlumatlar açıqlanmır. Onun sözlərinə görə, jurnalistlər, QHT nümayəndələri ilə görüşlər keçirilib. Erməni jurnalistlər Gəncə və Qubada olub, eyni zamanda Bakıdakı erməni kilsəsini ziyarət ediblər.
Azərbaycanda erməni jurnalistlərin təhlükəsizliyinin təmin olunmasından danışan Yerkanyan hər şeyin yüksək səviyyədə olduğunu qeyd edib. Vurğulayıb ki, erməni jurnalistlərin 12-13 cangüdəni olub.

Yerkanyan bildirib ki, bu onun Azərbaycana ilk səfəri deyil. 1995 və 2001-ci illərdə də burada olub. Jurnalist nənəsinin Bakıda anadan olduğunu söyləyib. Nənəsinin qardaşı Yerkanyan Azərbaycanda məşhur adam, incəsənət xadimi olub. Bunu bilən azərbaycanlı jurnalistlər Yerkanyana onun barəsində ən azı hansısa məlumatları tapmağa və ona təqdim etməyə çalışacaqlarına söz veriblər.
"Səfərə yekun vuraraq demək istəyirəm ki, onun məqsədi inam körpüsünün yaradılması idi ... Əgər ikitərəfli səfərlər sərhəddə ölənlərin sayının azalmasına kömək edərsə, bu proses davamlı olacaq", - deyə erməni jurnalist bildirib.

Ermənistan tərəfdən Azərbaycana "Şant" telekanalının icmalçısı Artyom Yerkanyan, “Mediamaks” xəbər agentliyinin baş redaktoru David Alaverdyan və İctimai Televiziyanın jurnalisti Edgar Elbakyan səfər ediblər. Azərbaycan tərəfdən isə Ermənistana Trend xəbər agentliyinin baş redaktoru Elçin Vəliyev, 1news.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Kavkaza”nın Azərbaycandakı müxbiri Orxan Yolçiyev səfər ediblər.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, "proqram ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşikin birbaşa razılığı, Ermənistan və Azərbaycanın müvafiq idarələrinin iştirakı ilə hazırlanıb həyata keçirilib"


Erməni jurnalist Bakı haqda
Erməni jurnalist Bakı haqda
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar