Milli Dram Teatrı növbəti dəfə balaca tamaşaçılarını sevindirəcək

Mədəniyyət 25-noy, 22:279 xebertv 54 0
Milli Dram Teatrı növbəti dəfə balaca tamaşaçılarını sevindirəcək





















Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin “Çipollino” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa noyabrın 29-da növbəti dəfə nümayiş olunacaq.

XəbərTv.info-nun Trend-ə istinadən verdiyi məlumatına görə, balaca teatrsevərlər üçün nəzərdə tutulan tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı isə Lalə Hacıyevadır.

Tamaşada rolları Əməkdar artistlər Əlvida Cəfərov, Mehriban Xanlarova, Sevinc Əliyeva Mirzə Ağabəyli, Məzahir Cəlilov, Rüstəm Rüstəmov, aktyorlar Xədicə Novruzlu, Rəşad Bəxtiyarov, Cümşüd Zeynalov, Dilarə Nəzərova, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Ziya Ağa, Əlləz Əhmədov, İmran Qurbanov, Ənvər Məmmədov ifa edəcək. Səhnə əsərində Coakkino Rossininin musiqilərindən istifadə olunub.

Qeyd edək ki, Canni Rodari “Çipollinonun macəraları” kitabı ilə dünya şöhrəti qazanıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr