“Pokrovka Məhərrəm” kimi tanınan şəmkirli mafioz Azərbaycana deportasiya edildi
Vaxtilə "Rövşən Lənkəranski"nin qruplaşmasına daxil olan kriminal avtoritet Məhərrəm Quliyev (“Pokrovka”) Rusiyadan qovulub.
XəbərTv.info “REN TV”yə istinadən bildirir ki, Məhərrəm Quliyev Moskvanın Şeremetyeva aeroportundan Azərbaycana deportasiya edilib.
Bildirilir ki, Məhərrəm Quliyev bundan əvvəl Moskvada polis tərəfindən immiqrasiya qanunlarını pozduğuna görə tutulub. O, Rusiyada qeyri-qanuni yaşayıb. Məhkəmə kriminal avtoritetin ölkədən kənara çıxarılmasına qərar verib. M. Quliyev Biryulevodakı Pokrovskaya meyvə-tərəvəz bazası ilə sıx əlaqəli olduğu üçün "Pokrovka" ləqəbi ilə tanınıb. O, Lənkəranskinin adamı kimi paytaxtın ən böyük meyvə-tərəvəz bazasına “nəzarətçi” (“smotryaşi”) olub.
Kriminal aləmdə “Pokrovka” kimi tanınan Məhərrəm ilk dəfə 2018-ci ilin yazında tutulmuşdu. O, ticarətçilərdən 1 milyon rublu hədə-qorxu yolu ilə ələ keçirməkdə ittiham olunurdu. Onu Moskvada 500 milyon rubldan çox dəyəri evdə tutmuşdular. Həmin vaxt kriminal avtoritetin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi, lakin azərbaycanlı öz növbəsində qaydaları pozaraq gününü eyş-işrətlə keçirmişdi, restoranda dostlarına böyük ziyafət vermişdi. Ziyafətdən sonra Məhərrəm Quliyev yoxa çıxmışdı və federal axtarışa verilmişdi.