Muxtar Babayevdən xəbərdarlıq: Su resurslarımız 15 faiz azalıb

Aktual 05-dek, 09:359 xebertv 50 0
Muxtar Babayevdən xəbərdarlıq: Su resurslarımız 15 faiz azalıb

Suya qənaət olunmalıdır, çünki bir çox ölkələrdə olduğu kimi, bizdə də bu sahədə çətinliklər var.

Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 6-cı iclasında deyib. Nazir bildirib ki, Azərbaycanın su ehtiyatları region ölkələri ilə müqayisədə nisbətən azdır və suyumuzun 70%-i sərhədlərimizdən kənarda formalaşır:

"Son zamanlar respublikanın əksər çaylarında, o cümlədən iri tranzit çaylarda sululuq normadan aşağıdır. İqlim dəyişikliyi nəticəsində su resurslarımız 15% azalıb və bu prosesin davam edəcəyi proqnozlaşdırılır. Ölkə əhalisinin artması və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı səbəbindən suya olan təlabat artır. Suya qənaət olunması üçün beynəlxalq praktikaya uyğun olaraq çevik su idarəçiliyi tətbiq edilməlidir. Gələcəkdə bu problemlə üzləşməmək üçün su itkilərinin qarşısı alınmalı, suya qənaət edən müasir texnologiya və avadanlıqlardan istifadə olunmalıdır”.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr