Yafəz Əkrəmoğlu: “Mühacir alverçilәri”nin həbsi Avropa üzrә genişlәnәcәk, sırada Hollandiya vә İsveçdir
Almaniyada müsavatçı "mühacir alverçilәri” bandasına qarşı açılan cinayәt işi, hәmçinin, hәbslәr Avropa üzrә genişlәnәcәk.
Trend-in məlumatına görə, bu barədə Avropada yaşayan keçmiş müsavatçı jurnalist Yafəz Əkrəmoğlu deyib.
Onun sözlərinə görə, bu banda bütün Avropa ölkәlәrinә yayılıb.
"Sırada Hollandiya vә İsveçdәki banda üzvlәridir. Bandanın Avropa üzrә başçısı isә elә Hollandiyada yaşayır”, - deyə jurnalist bilirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cnayətkar şəbəkəyə daxil olan yeddi nəfər həbs edilib.
Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən altı ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, "Müsavat” Partiyası Avropa Koordinasiya Mərkəzinin ("Müsavat” AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, "Müsavat” Partiyasının üzvü, "Müsavat” AKM sədrinin müavini Mehdi Xəlilbəyli, "Müsavat” AKM-in üzvü Abdin Cavadov, "Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.
Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri” ilə məşğul olmaqda, o cümlədən, 3-10 min avro arası ödəmə qarşılığında ən azı 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinir.