Aralıq dənizində toqquşma riski: İsrail qırıcısı Türkiyə gəmisinə “Delilah” raketi ilə "hücum edir"

Manset 16-dek, 10:449 xebertv 61 0
Aralıq dənizində toqquşma riski: İsrail qırıcısı Türkiyə gəmisinə “Delilah” raketi ilə "hücum edir"

İsraillə Türkiyə arasında Aralıq dənizinin şərqində, Kipr sahillərində neft-qaz kəşfiyyatına görə ciddi hərbi gərginlik yaranıb.

Virtualaz.org xəbər verir ki, ötən gün Türkiyə hərbi donanmasının regionda manevrlər edən gəmiləri İsrailin neft-qaz kəşfiyyatı gəmisini sıxışdıraraq bölgədən uzaqlaşdırıb. Bunun ardınca İsrail Hərbi Hava Qüvvələrinin F-16I qırıcıları Türkiyənin “Yavuz” neft-qaz kəşfiyyatı gəmisi üzərində alçaqdan uçuşlar həyata keçirib. Qırıcının radiolokasiya sistemlərinə qarşı nəzərdə tutulmuş “Delilah” raketləri ilə silahlandığı xəbər verilir.


Aralıq dənizində toqquşma riski: İsrail qırıcısı Türkiyə gəmisinə “Delilah” raketi ilə "hücum edir"




















“İsrailin F-16I qırıcıları Türkiyənin “Yavuz” neft-qaz kəşfiyyatı gəmisi üzərində Aralıq dənizinin şərqində uçuşlar keçirib. Onlar belə görünür ki, real döyüş əməliyyatları zamanı “Delilah” qanadlı raketlərinin tətbiqi ilə zərbələrin endirilməsini məşq edir”,-bloqer Babak Taqvay bildirir.

Aralıq dənizində toqquşma riski: İsrail qırıcısı Türkiyə gəmisinə “Delilah” raketi ilə "hücum edir"






















Açıq mənbələrdən əldə edilən məlumatlara görə bir neçə saat əvvəl həqiqətən “Yavuz” gəmisinin yerləşdiyi regionda İsrail aviasiyasının uçuşları qeydə alınıb. Və həmin vaxt İsrailin radioelektron kəşfiyyat təyyarəsi də region üzərində görünüb. Ehtimal edilir ki, həmin təyyarə Türkiyənin o cümlədən gəmilərdə yerləşdirilmiş hava və raket hücumundan müdafiə sistemlərinin işini izləyirdi.

Aralıq dənizində toqquşma riski: İsrail qırıcısı Türkiyə gəmisinə “Delilah” raketi ilə "hücum edir"

























Aralıq dənizinin şərqində neft-qaz kəşfiyyatı ilə bağlı Türkiyə ilə yunan Kipri, o cümlədən Yunanıstan arasında neçə vaxtdır gərginlik qalmaqdadır. Bu məsələdə İsrail Kipri dəstəkləyir və həmin ölkəyə hərbi dəstək verir. Bir müddət əvvəl İsrail Kiprə pilotsuz kəşfiyyat təyyarələri verib. Türkiyə KİV-ləri xəbər verir ki, Ankara buna cavab olaraq özünün pilotsuz kəşfiyyat və zərbə pilotsuz döyüş aparatlarını Şimali Kiprə göndərib.

Aralıq dənizində toqquşma riski: İsrail qırıcısı Türkiyə gəmisinə “Delilah” raketi ilə "hücum edir"

















Ötən gün Türkiyə pilotsuz təyyarələrini daşıyan TIR-lar Şimali Kiprə daxil olub və Geçitkalə hərbi aerodromuna yerləşdirilib. Pilotsuz təyyarələr Aralıq dənizinin şərqində neft-qaz yataqlarının kəşfiyyatını aparan Türkiyə gəmilərinə havadan dəstək verəcək.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr