SOSİAL TƏMİNATIMIZIN SAHİLI

Yazarlar 13-apr, 21:499 tv713 138 0
SOSİAL TƏMİNATIMIZIN SAHİLI

İGİD TEYMURLU


VƏ REABİLİTASİYAYA MÖHTAC NAZİR

SAHİL adlı BABAYEV familiyalı, bəli, bəli, məhz familiyalı bir nazir var. Allah qoymasın, guya ki, adam əhalinin sosial təminatına yükümlüdür. Di gəl ki, adam əhali ilə heç cür sosiallaşa bilmir. Əsil bu adamın özünün reabilitasiyaya ehtiyacı var...

Bilmirəm faktın özüdür, yoxsa aqressiyadan doğan bir haldır bu. Belə ki, sosial şəbəkələrdə hətta çoxları bu adamın kimliyi haqqında tükürpədən fikirlər səsləndirir. Zatən belə iddialarla fərd olaraq mənim qətiyyən işim yox...

AMMA VƏ LAKİN hətta şəxsinə hörmət bəslədiyim bəzi hüquqşünaslar var ki, onlar da durub həmin bu Babayev Sahilə doğru yan alıb sosiallaşa bilməyən nazirə haqq qazandırırlar ki, "bəs bu zat saxta pensiyaları aşkarlayıb, kəsib".

OLSUN VƏ OLMALIDIR DA.

YENƏ DƏ AMMA VƏ LAKİN şəxsən mənə maraqlıdır, görən həmin bu Sahil adlı nazir o saxta pensiyaları düzüb qoşan hansı məmurun cəzalanmasına nail olub? Deyə bilərsinizmi, əfəndilər?...

Aprel ayı həm də bütün dünyada AUTİZMlə bağlı maarifləndirmə ayı kimi qeyd olunur. Bəs görən Sahil Babayev bu kontekstdə hansı tədbirlər görüb, görür və görəcək? AUTİZM sindromlu uşaqların reabilitasiyaları istiqamətində Sahil Babayev hansı əməli işini göstərə bilər?

Görən bu gün Sahil Babayevin, deputatxanamızın knopka basmağı bacaran bütün işçilərinin və digər aidiyyatı strukturların səlahiyyətlilərinin autizm sindromlu uşaqlarına (əsla bunu arzulamıram da) ayda 150 manat, o uşağa qulluq edən həyat yoldaşlarına ayda 50 manat və məktəbə getmək üçün 22 manat yol pulu versən razı qalarlar?

Demək ki, bu adamların əhalinin sosial təminatlarından ya xəbərləri yoxdur, ya da belə biabırçılıqlarla dövlətlə vətəndaş arasında uçurum yaradırlar.

Əməllərinə rəğmən bu adamlar hələ bilmirlər ki, AUTİZM sindromlu uşaqlar xüsusi qayğıya ehtiyacı olan insanlardı. Onların yeməkləri, içməkləri, gəzinti istəkləri, davranış qaydaları bizdən fərqli olsa da, onlar da bizim birimizdir. Onlar sizin övladlarınız kimi milyonluq saatlar, milyonluq villalar, milyonluq maşınların peşində deyillər. Onların sosiallaşmağa, cəmiyyətə adaptasiya olunmağa ehtiyacları var. O şəraiti yaratmaq da sizin vəzifə borcunuzdur, bütövlükdə cəmiyyətimizin yükümlü olduğu məsələdir...

Sizin AUTİZM sindromlu uşağa və onun anasına xidmət haqqı kimi verdiyiniz pul sadəcə olaraq, vətəndaşa ana-bacı söyüşü kimi bir şeydir ki, onu da vətəndaşın özü qarşılıqlı olaraq sizlərə ünvanlamaqdadır.

Fərqindəsinizmi, bir AUTİZM sindromlu uşağın aylıq reabilitasiyası 1200-1500 manat arasında dəyişir. Üstəgəl ayda o uşağın digər maraqlarını təmin etmək üçün ən aşağısı 500-600 manat para lazımdır, cənab deputatxana işçiləri ƏND Babayev Sahil!..

Həmin bu Sahil adlı nazir görən hansı əlili işlə təmin edib, nədən elə bu yaxınlarda düz qapısının ağzına qədər gələn əlillərlə hətta söhbətləşməyi belə özünə rəva bilmədi. Dövlət başçısı "məmur xalqın xidmətçısı olmalıdır" deyirsə, onda elə həmin məmurlardan olan Sahil Babayevin sərgilədiyi mövqeyin adı nədir, ey bu adamdan matah qayıranlar?

Yaxud, görən bu Sahil adlı nazir ötən zaman kəsiyində hansı bir müəssisənin cərimələnməsinə nail ola bilib? Axı ay Sahil adlı nazir və bu sahilə şimal küləyindən qaçan "PSK"-lar kimi yan almağa çalışan hüquqşünaslar, bildiyim qədərində mövcud qanunvericiliyə görə fəaliyyətdə olan hər bir müəssisədəki vakant yerlərdən 25-dən birinə sağlamlığı məhdud olan insanlarımız cəlb edilməlidir.

EDİLİRMİ, CƏNABLAR?

Heç başqa müəssisələri demirəm, həmin bu Sahil adlı nazirin rəhbərlik etdiyi qurumda görən bu kateqoriyadan olan neçə nəfər çalışır və bunlardan neçəsi sağlamlığı məhdud insanlarımızdandır?

SÖYLƏYİN, ƏFƏNDİLƏR, SÖYLƏYİN!

Söyləyin ki, məmurların sosiallaşmalarının şahidi olaq. Yox sosiallaşa bilmirsinizsə, demək ki, bu kateqoriyadan olan məmurların reabilitasiyaya böyük ehtiyacları var...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr