Streslə mübarizə aparmaq üçün 3 ən yaxşı məhsul

Səhiyyə 17-dek, 07:319 xebertv 54 0
Streslə mübarizə aparmaq üçün 3 ən yaxşı məhsul

Stressin azaldılması insan sağlamlığında olduqca böyük rol oynayır. Xroniki stress ürək-damar, endokrin və bir çox digər orqan və sistemlərə mənfi təsir edir, xroniki xəstəliklərin, o cümlədən şəkərli diabet, xərçəng və s. riskini artırır.

Bu səbəbdən stressi azaltmaq həyati vacibdir. Mütəxəssislərin fikrinə görə, bəzi qidalar böyrəküstü sisteminə təsir edərək stress hormonları olan adrenalin və kortizolun ifrazını tənzimləyir. Stress hormonlarının orqanizmdə uzun müddət ərzində yüksək səviyyədə olması arterial təzyiqin artmasına, immun sisteminin və cinsi meylin zəiflənməsinə səbəb olur.

Sağlamolun.az bildirir ki, ekspertlər stress hormonlarının səviyyəsini azaltmaq üçün rasiona bu kimi qidaları əlavə etməyi tövsiyə edirlər:

Tünd şokolad

Şokoladın tərkibində olan antioksidantlar stress hormonlarını azaldır. Nəzərə almaq lazımdır ki, burda söhbət məhz tərkibində 70% kakao olan tünd şokoladdan gedir.

Avokado

Omeqa-3 yağlı turşularla zəngin olan avokado streslə mübarizə etməyə kömək edir, damarları qoruyur, insult və infarktın riskini azaldır.

Yağlı balıq

Yağlı balıq da Omeqa-3 və Omeqa-6 polidoymamış yağlı turşularla zəngindir. Yağlı turşular stresi və depressiyanı azaldır.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr