Günün qoroskopu - 18.12.2019

Sosial 18-dek, 05:399 xebertv 52 0
Günün qoroskopu -  18.12.2019

18 Dekabr 2019-cu il. Günün qoroskopu. Öz planlarınıza yenidən baxın.

Qoç - Pis şeylərə konsentrasiya olunmaq, xırda uğursuzluqlara fəlsəfi nöqteyi-nəzərdən yanaşmaq lazım deyil. İnsanlar komplimentlər baxımından xəsislik edirlər, bir-birlərini az tərifləyirlər, bu da bəzilərinin xətrinə dəyə bilər. Qətilik və höcətləşmək işgüzar münasibətlərdə ixtilafa səbəb ola bilər.

Buğa - Əvvəlcədən nəzərdə tutulmuş işləri həyata keçirmək mümkün olmayacaq. Şəxsi əlaqələrdə sülhün qorunması üçün güzəştlər etmək vacibdir. İnadkar adamlar güzəştə getməyəcəklər və mübahisələr yaradacaqlar.

Əkizlər - Yeni işlərə başlamaq üçün uğurlu gündür. Bir çox eksperimentlər və improvizasiyalar uğurlu alınacaq. Qonaq qəbul etmək yaxşıdır. Vacib məsələləri evdə müzakirə etmək yaxşıdır. Sərfəli razılaşmalar da ola bilər.

Xərçəng - Xarici təsir qarşısında həssassınız və arada sizə təzyiq göstərmək istəyən insanlar qarşısında müdafiəsizsiniz. Yanınızda çox yumşaqlıq etməyə, güzəştə getməyə yol verməyən insan olsa, yaxşıdır. Çünki bu yumşaqlıq və güzəştlər sizin üçün mənfi nəticələnə bilər.

Şir - Bu gün həyat tonusu artır. Enerjiniz o qədər çoxdur ki, bu enerjini hara xərcləmək barədə düşünəcəksiniz. Yaxınlarınız sizin köməyinizə ehtiyac duya bilərlər, lakin çətin ki, bu barədə açıq müraciət etsinlər. Bunu özünüz müəyyən etməli olacaqsınız. Lakin siz bir o qədər də diqqətli deyilsiniz. Buna görə də incikliklər və narazılıqlar ola bilər.

Qız - Bu gün ciddilik tələb edir. Öz planlarınıza yenidən baxın, əsas olanları ikinci dərəcəlilərdən ayırmağa çalışın, lazımsızları kənarlaşdırın. Öz imkanlarınıza tənqidi yanaşın, hər şeyi bacara bilməyəcəyinizi qəbul etmək çətindir. Həddən artıq özünə güvənmə yaxşı nəticələr verməyə bilər.

Tərəzi - Öz hərəkətlərinizin və yaxın keçmişdə baş vermiş hadisələrin qiymətləndirilməsində problemlər yarana bilər. Siz faktlarla hesablaşmaq istəmirsiniz, öz fantaziyalarınız üzərində orientasiya qurmağa üstünlük verirsiniz. İllüziyadan çıxmaq üçün sizə kömək etməyə çalışan mübahisələriniz də ola bilər.

Əqrəb - Siz ətrafdakı insanları çox yaxşı başa düşürsünüz və onlarla rahatlıqla ümumi dil tapa bilirsiniz. Bu gün işgüzar və şəxsi ünsiyyətlər və ciddi problemlərin həlli üçün müvafiq gündür. Bu yaxınlara qədər mümkünsüz görünən məsələlərdə kompromis imkanları olacaq. Bu gün işgüzar və əyləncə səfərləri üçün müvafiqdir.

Oxatan - İşgüzar aktivlik yüksəkdir və bu, bəzi insanların bir sıra problemlərinin həllinə kömək edir. Nə qədər çox inadkarlıq göstərsəniz, bir o qədər rəqiblərinizin şansı azalır.
Yaxınlarınızla ünsiyyətdə ədəbli olun: bu gün təmizlik və səmimilik bəziləri tərəfindən kobudluq kimi qarşılana bilər. Məişət problemlərinə çox əhəmiyyət verməsəniz, yaxşıdır. İşləri sonraya saxlayaraq avaralıq etmək və istirahət etmək olar.

Oğlaq - Qətiyyətlilik və qərarlılıq xüsusiyyətləri rəqiblərinizdən üstün olmağa, pis niyyətli insanların qarşısını almağa sizə kömək edəcək. Əgər sizin güclü düşmənləriniz varsa, nəzərə alın ki, bu gün açıq qarşıdurma üçün ən müvafiq gündür.
Bu gün siz nəinki yeni tərəfdaşlar, həm də yaxşı dostlar tapa bilərsiniz. Xoş davamı olan romantik tanışlıqlar da mümkündür. Sərfəli sövdələşmələr və pul gəlirləri də ola bilər.

Dolça - Fenomenal iş qabiliyyətiniz sizin uğurunuzun açarıdır. Enerji və inadkarlıq tələb edən işlərdə sizin rəqibiniz yoxdur. Yorulmaq nə olduğunu bilmirsiniz, eyni işlə uzun müddət məşğul olsanız da, bezmirsiniz. Hərəkətsiz işlərə tez-tez yaradıcı nöqteyi-nəzərdən yanaşırsınız. Gəlirlərinizi artıra biləcək yaxşı ideyalar fikirləşə bilərsiniz.

Balıqlar - İşgüzar münasibətlər - bu gün məhz həmin sfera üçün pozitiv tendensiyalar vəd edir. Buna görə də məhz bu gün üçün işgüzar görüşlər və kütləvi çıxışlar təyin etmək olar. Kübar tədbirdə iştirak da işgüzar münasibətlər üçün yaxşı vədlər verir.
Şəxsi məsələlərdə isə işlər bir qədər pis olacaq, yaxınlarınızla ümumi dil tapmaqda çətinlik çəkəcəksiniz.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr