Bakıdakı bu restoranlarda yeyib-içənlər zəhərləndi, biri öldü

Kriminal 24-dek, 19:029 xebertv 94 0
Bakıdakı bu restoranlarda yeyib-içənlər zəhərləndi, biri öldü
























Bakıda qohumlar restoranda yeyib-içdikdən sonra zəhərləniblər, onlardan biri vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Sərxan Bayramov və qohumu Cəlal Həmzəyev dekabrın 21-də Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən “Baku Voice Rooms” restoranında, daha sonra isə Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Baku City” restoranında spirtli içki içib, yemək yeyiblər.

Bunun ardınca onlar özlərini pis hiss ediblər və dekabrın 23-də S.Bayramov Kliniki Tibbi Mərkəzə, C.Həmzəyev 3 saylı Şəhər Kliniki Xəstəxanasına “zəhərlənmə” diaqnozu ilə gətirilib. Nəticədə S.Bayramov xəstəxanada ölüb, C.Həmzəyevin vəziyyəti ağırdır.

Araşdırma zamanı S.Bayramovun meyitinə və hər iki restorana polis, prokurorluq və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə baxış keçirilib. Orada olan spirtli içkilərdən nümunə götürülərək müayinə olunması üçün mütəxəssislərə təqdim edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr