Ərdoğandan liviyalı general Xalifə Haftara sərt reaksiya — Ona layiq olduğu dərsi verəcəyik
“Haftarın hədəfində Koroğlu Türkləri də var”
Qiyamçı Haftarın atacağı addımları diqqətlə izləyəcəyik, əgər hücumlarını davam etdirərsə, ona haqq etdiyi dərsi verməkdən geri durmayacağıq.
“Ölkə.Az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan general Xəlifə Haftarın Moskvada atəşkəs sazişi imzalamadan tərk etməsinə mövqeyini açıqlayarkən deyib.
“Biz üzərimizə düşən missiyanı yerinə yetirdik, bundan sonra Putin və onun komandasının işidir...”- Ərdoğan bildirib.
Onun sözlərinə görə, Liviya xəritə üzərində uzaq görünsə də, Türkiyə üçün yad ölkə deyil: “Barbarosun yadigarı olan Liviya Osmanlının bir parçası olub. Liviya və Liviya xalqı arasında çox dərin sosial bir bağlılığımız mövcuddur. Buna görə də Liviyada baş verənlərə laqeyd qala bilmərik. Kimsə bizdən liviyalı qardaşlarımıza dönük çıxaca bilmərik”.
Ərdoğan onu da əlavə edib ki, qiyamçı general Haftarın hədəfində ərəb olmayan və sayı milyondan çox olan Koroğlu Türkləri də var.