Arda Turandan gözlənilməz seçim
“Başakşehir” klubundan ayrılan Arda Turan karyerasını Braziliyada davam etdirə bilər.
“Haber Global”ın məlumatına görə, Braziliyanın “Globo” nəşri Arda Turanın “Flamengo” və “Palmeiras” klublarına təklif edildiyini yazıb.
Arda Turanın meneceri Əhməd Buluta Braziliyadan klub tapılmasını tapşırdığı və bundan sonra sözügedən klublarla transfer danışıqlarının başlayacağı qeyd edilib. Futbolçu özü də Braziliyada oynamaqda maraqlıdır və “Atletico”dan komanda yoldaşı olan Felipe Luisdən bununla bağlı məsləhət alıb.
Qeyd edək ki, Felipe Luis hazırda “Flamengo”da karyerasını davam etdirir.