Vəzifədən qovulmuş sabiq müavin Şahin İsmayılovun təbliğat-təşviqat işlərini aparır – Beyləqanda NARAZILIQ

Aktual / Cəmiyyət / Manset 18-yan, 13:349 xebertv 62 0
Vəzifədən qovulmuş sabiq müavin Şahin İsmayılovun təbliğat-təşviqat işlərini aparır – Beyləqanda NARAZILIQ

81 saylı Beyləqan DSK-da YAP-ın namizədi bundan əvvəl deputat olmuş Şahin İsmayilovdur. Məlumdur ki, rayon seçiciləri Şahin İsmayılovun təkrar deputat olmasını qəbul etmir, səbəb Ş. İsmayilovun 4 il ərzində rayonda deputat fəaliyyətilə məşğul olmamasıdır. Rayon əhalisinin etirazına baxmayaraq, bəzi vəzifədən qovulmuş cinayətkar unsurlər itirdiyi əvvəlki vəzifəni yenidən ələ keçirmək məqsədilə Ş. İsmayilovun saxtakarlıqla təkrar deputat olması üçün canfəşanlıq edir!
Belələrindən biri də icra başçısının sabiq müavini, vəzifəsindən sui-istifadə edib, varlanmaq məqsədilə xeyli cinayət törətmiş, qısa zamanda yoxsul ərbabdan milyonerə çevrilmiş və nəticədə vəzifəsindən qovulmuş icra başçısının sabiq müavini Məhəmməd Cəbi oğlu Qələndərovdur. O, törətdiyi vəzifə cinayətlərinə görə, müavin vəzifəsindən qovulsa da, həbs olunmaqdan yayınıb və yenidən vəzifə əldə etmək üçün YAP Beyləqan RT-nın sədr müavini kimi indiyə qədər rayonda keçirilmiş bütün seçkilərin saxtalaşdırılmasına birbaşa rəhbərlik edib və təəssüflə qeyd edirəm ki, Məhəmməd bu gün də, bu cür saxtakarlıq əməli ilə məşğuldur, cənab Prezidentin ölkədə demokratik və şəffaf seçki keçirmək planına qarşı hərəkət edir. M. Qələndərov, eyni zamanda, icra başçısının müavini vəzifəsindən qovulduğuna görə, qisas almaq məqsədilə, YAP Beyləqan RT-nin sədr müavini kimi, deputatlığa namizəd Şahin İsmayılovun saxtakarlıqla deputat seçilməsini təşkil edib, xalqa Prezidentin demokratik və şəffaf seçki keçirmək ideyasının yalnız sözdən ibarət olduğunu isbatlamağa çalışır!
Beyləqan əhalisi Məhəmməd Qələndərovun hansı yuvanın “quşu” olduğunu, bu gününü və keçmişini, aldığı nəfəsi də rüşvət və haramla aldığını çox yaxşı bilir. Beyləqanda Xasay Əhmədovun, İrşad Əliyevin və Vaqif Abdullayevin icra başçısı işlədiyi dönəmlərdə müavin kimi, “kassir” fəaliyyətilə məşğul olub və milyonlarla haram pul, var-dövlət qazanıb! Məhəmməd Qələndərov vəzifədə olduğu bütün dövrlərdə icra başçılarının buyruq qulu, eşik ağası, rüşvətyığanı olub, çörəyini yediyi, suyunu içdiyi Beyləqana və sadə beyləqanlılara qarşı isə düşmənçilik edib və bu gün də bu düşmənçiliyi davam etdirir!
Əziz beyləqanlılar, Məhəmməd Qələndərov rayona gələn vəzifəlilərin “xoşuna gəlmək üçün” irsiyyətində olan satqınlıq və xəyanətkarlığı indi də davam etdirir. Şahin İsmayılovun imkanlarından istifadə edib haram qazanc əldə etmək və xalqın səsini saxtalaşdırmaq üçün yenə cilddən- cildə girir, ayıq olun, millət, bu adamın hiləsinə uyub, saxtakarlığa imkan verməyin, vəkil cildində hansı kəndə gəlsə, onu dərhal oradan qovun! Çünki o, indiyədək rayondan saxta yolla deputat mandatı almış deputatların ğöbəyini kəsib və yenə də bu eşqə düşüb!
Əziz dostlar, növbəti yazımda Məhəmməd Qələndərovun rüşvət və korrupsiya vasitəsilə əldə etdiyi Beyləqanda və Bakıda olan evləri, obyektləri barədə ətraflı məlumatla tanış olacaqsınız!

Tapbıq Abbas,

Əməkdar mədəniyyət xadimi, jurnalist
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr