Kirayə evlərin qeydiyyatına yarım saat qalsa da, sayt çökdü - Foto
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün bu gün müraciətlər qeydiyyata alınacaq. Lakin hazırda onlayn sistemdə problemlər yaranıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, təxminən yarım saat sonra qeydiyyata start veriləcək və hazırda e-gov.az portalının ipoteka bölümü yüklənmə səbəbi ilə işləmir. Belə olan halda isə vətəndaşların müraciət etməsi qeyri-mümkün hala gəlib.
Qeyd edək ki, sosial mənzil sisteminin də ilk mərhələlərində onlayn sistem çökdüyü üçün mənzillərin satış nəticələri ləğv edilib, təkrar satış həyata keçirilmişdi.