Ukrayna Xarkovda 300 yaşayış məntəqəsini azad etdi
Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 300-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib.
Tv 713 .az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
"Xarkov vilayətinin azad edilməsi əməliyyatı bir neçə gün davam etdi. Sentyabrın 6-dan bu günə kimi 3800 kvadratkilometr ərazi, 300-dən çox yaşayış məntəqəsi və 150 minə yaxın insan işğaldan azad edildi. Bu insanlar əslində burada girov olublar”, - Malyar bildirib.
O qeyd edib ki, əməliyyat Xarkov vilayəti tam azad olunana qədər davam edəcək.