54 saylı Şabran-Siyəzən dairəsində "Mələk"lə, "Şeytan"ın işbirl - İLGİNC
Yanıltmac kimi səslənsə də, bu hal 54 saylı Şabran-Siyəzən seçki dairəsində baş verir.
YAP-ın namizədi Sadiq Qurbanov dairədən özü namizəd olmaqla yanaşı, özünün namizədini də seçib və onun əli ilə digərlərini “vurdurur”.
Belə ki, YAP-ın namizədi son dərəcə səssiz, rəqiblərinə qarşı mələk kimi davranmaqla, onlar haqqında heç bir addım atmır. Rəqibləri barədə bir kəlmə belə işlətmir. Ancaq “mələk namizəd” şeytanlığı “xalqinfo.az” xəbər portalının baş direktoru Tural Mamedova gördürür.
Sadiq Qurbanov Şabran və Siyəzəndə heç kim tərəfindən tanınmır. Məsələ ondadır ki, bu şəxsi deputat görmək istəməyən Şabran və Siyəzən sakinləri hətta etiraz etmək istəyirlər.
Səbəb isə çox sadədir, nə Sadiq Qurbanov rayonu tanıyır, nə də rayon camaatı onu. Məlum seçki dairəsindən olan seçicilər rayonu tanıyan, camaat tərəfindən tanınan və onların problemləri ilə maraqlanan şəxsi deputat görmək istəyirlər.
Ümumiyyətlə, Sadiq Qurbanovun tək öyündüyü şey, YAP-ın ilk üzvlərindən biri olmasıdır.
Tural Mamedov Sadiq Qurbanovdan başqa digər namizədləri qaralayaraq, onları xalqın gözündən salmağa çalışır.
Tural Mamedovun da dosyesi ürəkaçan deyil. Belə ki, o, 2018-ci ilin mart ayında cinayət məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. Tural Mamedov vətəndaşın etibarından sui istifadə edərək dələduzluq edib.
Qeyd edək ki, Tural Mamedovun bu ilk deputat olmaq arzusu deyil. O, 2015-ci ildə də deputatlığa namizəd olub.
Əldə etdiyimiz məlumata görə, “mələk”lə, “şeytan”ın əməkdaşlığı yaxın günlərdə sona yetəcək. Yəni, Tural Mamedov seçkilərə bir neçə gün qalmış, namizədliyini Sadiq Qurbanovun xeyrinə geri götürəcək. (Secki.net )