Muxtar Babayevin DİQQƏTİNƏ: "Sədərək Yusif" bütün Azərbaycanı ZƏHƏRLƏYİR!!! - Deputatlığa namizəd həyəcan təbili çaldı
47 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Məhəmməd (Ərsoy) Zamanov Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə müraciət ünvanlayıb.
Millət vəkilliyinə namizədin müraciətində deyilir: "Hörmətli cənab nazir! Mən birbaşa olaraq Sizə Mingəçevir sakinləri adından müraciət etsəm də, amma bu gün qaldırdığımız problem təkcə mingəçevirlilərin deyil, bütün Azərbaycanın problemidir.
Çünki bu gün cəmiyyət arasında "Sədərək Yusif" kimi tanınan, "Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli tərəfindən təkcə Mingəçevirin yox, Azərbaycanın əhəmiyyətli içməli su hövzəsi hesab olunan Mingəçevir Su Anbarı və eləcə də Kür çayının Mingəçevirdən keçən hissəsi rəsmən təhlükə altına atılmaqdadır. Belə ki, sözügedən şəxsə aid olan balıq vətəgələrinin əslində qadağan zonası hesab olunan su anbarı ərazisində yerləşdirilməsi birbaşa olara insanlarımızın sağlamlığı üçün risq əhəmiyyətindədir. Hər halda yetişdirdiyi balıqların sağlamlığını daha çox düşünən Yusif Qədimbəyli cənabları balıqlara verdiyi süni kimyəvi yem və dərmanlarla əslində, bütün Azərbaycanı zəhərləməkdədir.
Doğrudur, həmin su birbaşa olaraq vətəndaşa təqdim olunmur, amma fakt odur ki, həmin vətəgələr hesabına içməli su ehtiyyatımıza ciddi zərər verilir ki, bu da birbaşa olaraq ETSN rəhbərliyinin diqqət mərkəzində olmalıdır.
Cənab Nazir! Mən bir deputatlığa namizəd olaraq, Sizə seçicilərimin tələbini çatdırmağı borc bilirəm. Mingəçevir təkcə ölkkənin ən böyük enerji istehsalçısı deyil, həm də ən böyük içməli su ehtiyyatımızının cəmləşdiyi bir ünvandır. Bu gün kimlərsə hansısa imtiyazlarına güvənərək bütün Azərbaycan xalqının həyatını təhlükəyə ata bilməz.
Biz mingəçevirlilər Sizdən bu məsələyə təcili müdaxilə etməyinizi xahiş edirik".
Aşağıdakı şəkillərdə Mingəçevir su anbarında "Sədərək Yusif"ə aid olan balıq vətəgələrini aydın şəkildə görmək mümkündür
Dia.az