Məşhur şahmatçı seçki ilə bağlı İlham Əliyevə müraciət etdi - FOTO

Aktual / İdman / Manset 03-fev, 12:179 xebertv 57 0
Məşhur şahmatçı seçki ilə bağlı İlham Əliyevə müraciət etdi - FOTO


Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı şikayətlər artmaqda davam edir. Şikayət edənlərdən biri də şahmat üzrə 3-qat Avropa çempionumuz Rauf Məmmədovdur. Belə ki, məşhur şahmatçının anası Lətifə Oruc qızı Əliyeva 66 saylı Biləsuvar seçki dairəsindən namizədliyini irəli surub.

AzToday.az xəbər verir ki, məşhur qrossmeysterimiz bu gün öz sosial şəbəkə hesabından ölkə rəhbərliyinə müraciət edərək, anasının seçki təbliğatına yaradılan maneələrdən şikayətlənib.

Müraciəti olduğu kimi təqdim edirik:

“Möhtərəm prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva! Bu gün sizə müraciət etməyimin məqsədi 09.02.2020-ci il tarixində keciriləcək demokratik seçki ilə əlaqədardı. Bildirmək istəyirəm ki, anam Əliyeva Lətifə Oruc qızı 66 saylı Biləsuvar seçki dairəsindən namizədliyini irəli sürmüşdür. Anamın min bir zəhmətlə keçirdiyi təbliğat və təşviqatına bütün vasitələrlə mane olunur. Onun təbliğat üçün lövhələrə yapışdırılmış şəkilləri cirilir, seçki qərargahına təzyiqlər olur. İllər öncə hələ mənim 9 yaşım olanda, ümummilli lider Heydər Əliyev biz şahmatçıları qəbul edərkən, bizimlə fəxr etdiyini və “bu uşaqların valideyinlərinə hər cür şərait yaradılmasını tövsiyyə etmişdi. Lakin bu gün bəzi qüvvələr sizin demokratik islahatlara kölgə salmağa çalışırlar.

Möhtərəm prezident və vitse-prezident, əgər mən bilsəydim ki, bu gün orada olan namizədlərdən hər hansı biri mənim anamdan daha çox bu millətə və dövlətə xeyir verəcək, mən anamın namizədliyini geri götürməsini xahiş edərdim. Mən özümü xoşbəxt hesab edirəm ki, sizin rəhbərlik etdiyiniz azad və firəvan bir ölkənin vətəndaşıyam. Seçki marafonu başlanan gündən mən oyunlarda olmuşam. 10 günlük Bakıya gəlsəm də, anam bu seçki təbliğatını buraxaraq məni görməyə belə gəlməyib. Cünki sizin siyasi kursunuza, sizin demokratik seçkiyə “xalqın etimadını qazanan şəxslər seçiləcək” sözlərinə inanır və öz təbliğatını keçirməkdə davam edir.

Anam üçun dövlətin və millətin mənafeyi həmişə hər şeydən və hər kəsdən öndə olub. Azərbaycan Respublikasının gənc vətəndaşı və beynəlxalq qrossmeyster olaraq bu seçkilərin demokratik keçirilməsinə və hər hansı bir qüvvənin seçkiyə kölgə salmamasına imkan verilməyəcəyinizə inanıram. Möhtərəm prezident İlham Əliyev və vitse-prezidentimiz Mehriban xanım Əliyeva, sizlərə keçirdiyiniz uğurlu islahatlara görə böyük minnətdarliğımı bildirirəm”.

Məşhur şahmatçı seçki ilə bağlı İlham Əliyevə müraciət etdi - FOTO
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr