Cənab Prezident, Mingəçevirdə seçki saxtalaşdırılıb! - 7 NAMİZƏDİN MÜRACİƏTİ

Aktual / Cəmiyyət 15-fev, 15:029 xebertv 59 0
Cənab Prezident, Mingəçevirdə seçki saxtalaşdırılıb! - 7 NAMİZƏDİN MÜRACİƏTİ

47 saylı Mingəçevir Seçki Dairəsindən Deputatlığa namizədlər - Məhəmməd Zamanov, İbrahim Salamov, Ülvi Çələbiyev, Ceyhun Səbzəliyev, Qurbanəli Yusibov, Rüfət Həsənov, Quliyev Fariz tərəfindən
Prezident İlham Əliyevə
MÜRACİƏT

Cənab Prezident! Biz yuxarıda adları çəkilən deputatlığa namizədlər Sizin çağırışınızla 9 fevral seçkilərinə böyük həvəs və coşqu ilə qatılsaq da, lakin seçki günü baş verən total saxtakarlıqlar nəinki ədalətli seçkilərə, ümumiyyətlə ölkədə müşahidə olunan gəncləşmə siyasətinə də inamımızı ciddi şəkildə sarsıtdı.

Cənab Prezident! Yenə də ənənəvi üsullarla 47 saylı Mingəçevir Seçki Dairəsində seçicilərin iradəsinin ziddinə olan nəticə elan olundu ki, bu da biz namizədlər tərəfindən böyük şübhə ilə qarşılanmaqdadır. Az qala bütün seçki məntəqələrində müşahidə olunan saxtakarlıq faktlarına etiraz etməyimizə rəğmən iradlarımız heç bir halda MnSK rəhbərləri tərəfindən qəbul olunmadı, ciddiyə alınmadı.

Cənab Prezident! Biz yenə də Sizin ədalətlinizə inanır və ümid edirik ki, bizim bu çağırışımza dövlət başçısı olaraq gərəkən reaksiyanı verəcəksiniz. Ümid edirik ki, 47 saylı Mingəçevir Seçki Dairəsində nəticələr Konstitusiya Məhkəməsi tərəfindən tanınmayacaq və bu prosesə müdaxilə edəcəksiniz.

***

47 saylı Mingəçevir Seçki Dairəsinin 5 deputatlığa namizədi - Məhəmməd Zamanov, İbrahim Salamov, Qurbanəli Yusibov, Fariz Quliyev, Ceyhun Səbzəliyev, Rüfət Həsənov, Ülvi Çələbiyev Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova MÜRACİƏTİ

Cənab sədr! Biz 9 fevral tarixində 47 saylı Mingəçevir Seçki Dairəsində baş verən total saxtalaşdırma faktları səbəbindən Sizdən 47 saylı Mingəçevir Dairə Seçki Komissiyasının və eləcə də bu dairəyə aid bütün Məntəqə Seçki Komissiyalarının ləğvini tələb edirik. Belə bir seçki komissiyaları təkcə ədalətli seçkiyə olan inamı sarsıtmır, həm də ölkə rəhbərliyinin bəyan etdiyi prinsiplərlə də açıq ziddiyyət təşkil edir.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar