"Aynişanın "üçgünlüyü" nə vaxtdır?” — Məşhur prodüserdən KİNAYƏLİ SÖZLƏR
Tanınmış prodüser Samir Xəttabın əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan haqqında sosial şəbəkədə yazdığı sözlər qalmaqala səbəb olub.
Prodüserin "Facebook" səhifəsində yazdığı kinayəli statusu “Görəsən, Aynişanın "üçgünlüyü" nə vaxtdır?” rejissor və aktyor Kənan Mahmudovu özündən çıxarıb.
Tərəflər arasında söz davası etik çərçivələri aşıb. Rejissor prodüserə Aynişanın şəhid qızı olduğu üçün daha diqqətli davranmağı təklif edib. Xəttab isə bununla razılaşmayıb. Bu səbəbdən tərəflər arasında böyük qalmaqal yaşanıb. İş təhqir və söyüşlərə qədər gəlib çıxıb.
Daha sonra Samir Xəttab yazdığı statusu silib.