Hərəyə bir nənə öpək - İki gün qaldı

Cəmiyyət / Manset / Ölkə 07-fev, 12:459 xebertv 57 0
Hərəyə bir nənə öpək - İki gün qaldı

Kubra Məhərrəmova yazır...

Parlament 101-ci ildönümündə buraxıldı. Və hamı seçkiqabağı təbliğat-təşviqata başladı.

Hamı deyəndə ki, həm illər ərzində Milli Məclisdə milçək qovanlar, həm də gənc, bu yola təzə qədəm qoyanlar. Açığı, hələ belə maraqlı seçkiqabağı mərəkə olmamışdı. Hər gün yeni bir şeir, hər gün yeni bir nəğmə.

Əvvəla ondan başlayaq ki, bu dəfə əsas hədəf “nənələr” oldu. Kimin PR addımı idisə, yaman populyarlaşdı. Namizədlərin hamısı “hərəyə bir nənə öpək” kampaniyası ilə meydana çıxdılar. Hətta deyirlər ki, lap yaxın münasibətdə olan namizədlər bir-birinə “nənə” də borc veriblər.

Sadəcə, başqa baxış bucağından foto çəkdiriblər ki, nənənin eyni olduğu bilinməsin. Sonra bu mövzunu müxtəlif versiyalarda gördük. “Yerdə uzanan nənə ilə namizədin fotosu”, “yemək yeyən nənə ilə namizədin fotosu” və s. Yəni əsas mövzu “nənə” olaraq qaldı.

“Asfalt çəkəcəm”, “Nisyə dəftərini” bağlayacam”, “Uşaqlara “şirinquş” alacam” kimi retro üslubda çağırışlar da oldu. Açığı, o qədər də tutmadı.

Bəzi namizədlər isə az qala hər gün Mərkəzi Seçki Komissiyası ilə dava etdilər. Gah dedilər, təbliğat lövhələrində şəkil yapışdırmağa yer yoxdur, gah dedilər, namizədlərdən kimsə düzgün təbliğat aparmır. Yazdılar-pozdular. Axırda nə oldu, bilmirəm.

Bu seçki kampaniyasında ən çox müzakirə olunan isə namizədlərin şüar və posterləri oldu. Adının baş hərflərinə uyğun şeir yazan, dörd kostyumla şəkilin çəkdirib bir posterə yığdıran, üç km uzunluqda şüar yazdıran, say-say bitməz. Düşünürəm ki, bir neçə ildən sonra bu poster və şüarlar PR haqqında qanunda öz əksini tapacaq ki, belə etmək olmaz, qardaşlar! Vətəndaşların psixikasına vurulan ağır zərbə kimi məsuliyyətə cəlb olunacaqsınız. Heyf ki, hələ belə qanun yoxdur.

Bir də var beş dəfə namizədliyini Milli Məclisə verən və seçilməyənlər. Onların əzmindən Allah hamıya qismət eləsin. İnsanda nə qədər həvəs olar, qadası?! Yenə də verib namizədliyini.
Bunun əksi də var, beş dəfə seçilən və yenə də seçilmək istəyən namizədlər. Onların da işləmək, çalışmaq əzmindən Allah hamıya versin. Xalq üçün əziyyət çəkirlər.

Bu dəfə seçicilərin açıq şəkildə namizədlərə qarşı fikirlərini eşitdik, gördük. 10 il bir işə yaramayan deputatların xalq tərəfindən sorğu-suala tutulması, meydandan “yola salınmasına” da şahid olduq.

Bütün bu seçkiqabağı şouya möhürünü məlum videodakı namizəd vurdu. Seçicilərinə dedi ki, “Qorxmayın, …” Ardını bilirsiniz. Seçicilər də onu alqışladı. Hay-kür, qara-qışqırıq. Vallah, bilmirəm. Bu namizəd seçilsə, Milli Məclisdə də belə xitab edəcək? Edəcəksə, heç nə.

Seçiciləri ilə görüşən, onların dərdinə şərik olan, problemləri həll etməyə səy göstərən namizədlər də gördük. Çox ümid edirik ki, Milli Məclisdə xalqın və dövlətin mənafeyini qoruyacaq kəslər çox olacaq. Absurd fikirlər səsləndirib, açıq şəkildə “mən ona görə deputat olmaq istəyirəm ki, özümə gün ağlayım” deyənlər yox. Amma bunun olması üçün hər kəs seçkiyə getməlidir.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr