İrana şok hücum - Son anda qarşısı alındı
İranda interneti sıradan çıxarmaq üçün təşkil olunmuş kiberhücumun qarşısı alınıb.
Bu barədə ölkənin informasiya və kommunikasiya texnologiyaları (İKT) nazirinin müavini Həmid Fəttahi məlumat verib.
“İran tarixinin ən böyük kiberhücumuna məriz qalıb, muzdlu hakerlər infrastrukturumuza qarşı irimiqyaslı hücum həyata keçiriblər”, - o qeyd edib.
Nazir müavini kiberhücumun mütəşəkkil olduğunu da deyib: "Bu hücum davam edir, indi ikinci dalğası başladı. Ümidvarıq ki, ona da eyni şəkildə cavab verə biləcəyik”.
Xatırladaq ki, ötən gün də günortaya yaxın həyata keçirildiyi bildirilən hücum nəticəsində ölkənin bəzi internet provayderlərinin fəaliyətində bir saata yaxın fasilə yaranmışdı.
İran vaxtaşırı kiberhücumlara məruz qalır. Son dəfə hökumət ötən ilin dekabr ayında irimiqyaslı kiberhücum olduğunu açıqlamışdı. İKT naziri Məhəmməd Cavad Azəri Cəhromi də daha əvvəl milyonlarla kiberhücumu dəf etdiklərini bildirmişdi. Digər tərəfdən başqa ölkələr də iranlı hakerlərin hücumlarına məruz qaldıqlarını bildirirlər.//Report.az