İstefaya göndərilir?
"Yuventus" baş məşqçisi Mauritsio Sarri ilə yollarını ayıra bilər.
Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi komandanın son matçlardakı uğursuz nəticələrindən narazı qalıb.
Klub prezidenti Andrea Anyellinin italiyalı mütəxəssislə əməkdaşlığa davam etmək istəmədiyi iddia edilir.
A Seriysının 23-cü turunda "Verona"ya 1:2 hesabı ilə uduzan "Yuventus" liderliyi əldən verib. Turin təmsilçisi 53 xalla 2-cidir. Eyni xala malik "İnter" liderliyə yüksəlib.