Tənqidçi təsadüfən bahalı incəsənət əsərini məhv etdi
Art-tənqidçi Avelina Lesper Mexikoda baş tutan müasir incəsənət yarmarkasında peşəkar rəssamın əsərini məhv edib.
“The Guradian” xəbər verir ki, tənqidçi əsərə qarşı mənfi münasibətini bildirmək üçün onun yanına qazlı içki bankası qoyub.
Bu zaman instalyasiya yerə düşərək çilik-çilik olub.
İncəsənət əsəri şüşə parçasından, həmçinin onun altına qoyulmuş daşdan, futbol topundan və digər əşyalardan ibarət olub.
Bu əsərin müəllifi meksikalı rəssam Qabriyel Rikodur. Öz əsərlərində rəssam insan tərəfindən hazırlanan obyektləri (tennis topu, qılınc) təbiətdə olan obyektlərlə müqaisə edir.
Qeyd etmək lazmdır ki, bu instalyasiyanın qiyməti 20 min ABŞ dolları idi.