VHP-nin Tək ƏSGƏRİ

Manset / Yazarlar 18-may, 03:279 tv713 26 0





İGİD TEYMURLU



TRİBUNA MARŞALLARI, HAVALANMAYAN SİYASİ ESKADRİLYALAR…



VHP-nin nə “eskadrilyası” var, nə “raket kompleksi”, nə də “strateji siyasi donanması”…

Amma qəribə şəkildə hər dəfə media cəbhəsində döyüş siqnalı veriləndə susqunluqdan elə görüntü yaranır ki, guya VHP-ə qarşı tammiqyaslı hücum başlayıb və arxasında dayanacaq bir qüvvə yoxdur.

Qarşı tərəf bütün arsenalı döyüş vəziyyətinə gətirib koordinatları birbaşa Sabir Rüstəmxanlının üzərinə kilidləyir:

— ağır artilleriya atəş açır;
— raket batareyaları ardıcıl salvo verir;
— diversiya qrupları informasiya səngərlərinə sızır;
— kamikadze dronlar eyni anda havaya qalxır;
— media snayperləri uzun mənzilli optikayla mövqe tutur…

VHP tərəfində isə vəziyyət tamam başqadır.

Partiyanın “ağır artilleriyası” qəfil radiolokasiyadan itir.

“Özüyeriyən siyasi qurğular” mühərriki söndürüb qaraj rejiminə keçir.

“Reaktiv təbliğat sistemləri” start düyməsini tapa bilmir.

Bir vaxtlar tribunada “strateji marşal” kimi sinə döyənlər isə qəfil “mülki müdafiə bunkeri”nə enirlər.

Ən biabırçı mənzərə isə VHP “dron qoşunları”nda yaşanır.

Sülh dövründə sosial şəbəkələrdə yüksəkdən uçan, statuslarla hava məkanını yarıb keçən o pilotsuz təbliğat aparatları döyüş başlananda nədənsə koordinat tapa bilmir.

Hədəf görünür…
Atəş istiqaməti bəllidir…
Komanda mərkəzi məlumdur…

Amma dronlar ya havaya qalxmır, ya da qalxıb öz bazasına geri qayıdır.

Sanki sistemə “özünüqoruma rejimi” quraşdırılıb:
“Rüstəmxanlı vurulursa — səssiz qal.”

Beləcə cəbhədə yenə bir nəfər qalır:
Sabir Rüstəmxanlı.

Adamı partiyanın həm piyada briqadası, həm hava hücumundan müdafiə sistemi, həm çevik reaksiya qüvvəsi, həm də ehtiyat batalyonu kimi işlədirlər.

Ən qəribəsi də budur:
Sülh dövründə hamı “komandir heyəti”dir.

Tribunada marşal mundiri geyinirlər.
Orden-parad düzürlər.
Siyasi manevrlərdən danışırlar.
Xəritə üstündə “geosiyasi əməliyyatlar” aparırlar.

Amma ilk media mərmisi düşən kimi məlum olur ki, “marşal”ların çoxu əslində qərargah dekorasiyası imiş.

Çünki həqiqi sərkərdə öndə dayanır.

Əsl sərkərdə atəş altında görünür.
Mövqeni tərk etmir.
Ən ağır zərbəni özü qarşılayır.

Tribuna marşalları isə təhlükə siqnalı verilən kimi “etibarlı liman doktrinası”na keçir:
lövbər salır,
radarı söndürür,
əlaqəni kəsir,
və siyasi duman çəkilənə qədər bunker rejimində gözləyirlər.

Müharibə bitəndən sonra isə yenidən səthə çıxırlar:
sanki indicə “uğurlu əməliyyat”dan qayıdıblar.

Görünən həm də budur ki, axı VHP-nin "əməliyyat planı" hazırlamaq üçün qərargahı var. Formallıqdan uzaq olsun:
“generalitet”i var,
eskadrilyası var,
“media xüsusi təyinatlıları” var…

Amma real döyüş xəttində yenə bir nəfər görünür.

Deməli problem qarşı tərəfin hücumunda deyil.

Problem odur ki, bu orduda çox adam uniformanı döyüş üçün yox, yalnız parad üçün geyinib.

Ona görə də hər hücum zamanı eyni mənzərə təkrarlanır:

Siyasi eskadrilya havalanmır…
Dronlar koordinat üzrə atəş açmır…
Tribuna marşalları bunkerə çəkilir…

Və VHP-nin “tək əsgəri” yenə səngərdə tək qalır.



P. S: Özünə, Sözünə və Yaradıcılığına çox hörmət bəslədiyim Zahir bəy Məlikli, həzrət Abbasın düşən qolları haqqı VHP-yə kənardan baxanda görünən budur.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr