MİDA yeni BAZARLIĞA HAZIRLAŞIR... - Əliniz cibinizdə olsun...

Aktual / Manset 12-fev, 12:269 xebertv 64 0
MİDA yeni BAZARLIĞA HAZIRLAŞIR... - Əliniz cibinizdə olsun...

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Bakının Suraxanı rayonunda inşa etdirdiyi 7 mərtəbəli Hövsan Yaşayış Kompleksində tikinti-quraşdırma işləri yekunlaşdırılıb. DİA.AZ bildirir ki, bu barədə qurumun yaydığı məlumatda qeyd olunub.

Məlumatda deyilir ki, kompleks ümumilikdə 2 962 mənzil olmaqla 11 yaşayış binasından ibarətdir. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təklif olunacaq. Mənzillərin layihələndirilməsi zamanı ölkəmizin şəhərsalma təcrübəsində ilk dəfə olaraq böyük əsas həyətlərlə yanaşı Avropanın cənub şəhərlərində geniş tətbiq olunan kiçik daxili həyətlər də planlaşdırılıb. Bununla da bütün mənzillərin təbii havalandırılması mümkün olacaq. Hövsan Yaşayış Kompleksinin ərazisində çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şərait yaradılıb, geniş həyətlər və uşaq oyun meydançaları tikilib, yaşıllıqlar salınıb. Eləcə də, Kompleksin ərazisində hər biri 90 yerlik olmaqla iki uşaq bağçası, 1920 şagird yerlik bir ümumtəhsil məktəbi və tibb mərkəzi tikilib.

Xəbərdə həmçinin bildirilir ki, yaxın zamanlarda mənzillərin satışı barədə elan veriləcək.

Dia.az xatırladır ki, MİDA-nın əvvəlki satışları böyük qanunsuzluqlarla və az qala özbaşınalıqlarla müşaiyət olunduğundan növbəti satışın da əvvəlkindən fərqlənməyəcəyi heç şübhəsizdir. Hər halda, dövlətin bu mənzil siyasətində başlıca marağı vətəndaşların asanlıqla mənzil sahibi ola bilmələrinə dəstək olmaqdan ibarət idi. Amma MİD rəhbərliyinin pulqazanma həvəsi dövlətin bəlli siyasətini aşkar şəkildə şübhə altında qoymuş oldu və artıq MİDA-nın ədalətli qərar verə biləcəyinə kimsə inanmır.

Burada bir məqamı da vurğulamaq yerinə düşər ki, Prezidentin məhz şəxsi təşəbbüsü ilə aparılan və başlıca olaraq aztəminatlı ailələrin firah halınn yaxşılaşdırılmasına hesablanan bu kimi prosesləri kölgə altına salanlar müəyyən qədər də olsa, cəzalarına çatırlar. Məsələn, elə son olaraq həbs olunan icra başçılarnı da bu qəbildən hesab etmək olar. Amma görünəni odur ki, MİDA rəhbərliyi maaş kartlarını "yeyən" icra başçılarından fərqli olaraq toxunulmazdırlar. Belə bir qənaət ona görə var ki, MİDA-nın əvvəlki satışları kifayət qədər şübhəli şəkildə cərəyan etmişdi. İndi də belə olmayacağı barədə ortada heç bir təminat mövcud deyil.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr