Azərbaycanda xüsusi əməliyyat: Narkobaron helikopterin müşayiəti ilə tutuldu - FOTO/VİDEO

Kriminal / Manset 29-avq, 13:409 xebertv 359 1
Azərbaycanda xüsusi əməliyyat: Narkobaron helikopterin müşayiəti ilə tutuldu - FOTO/VİDEO



Balakənin Mahamalar kənd sakini Kamal Sultanovun yaşadığı evin həyətyanı sahəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

XəbərTv.info DİN-ə istinadən məlumat verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində helikopterlə həmin ərazi havadan müşayiət edilən zaman orada narkotik tərkibli bitkilərin becərilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Əməliyyat-istintaq qrupu K.Sultanovun yaşadığı ünvana cəlb edilib və həmin evin həyətyanı sahəsinə baxış keçirilən zaman bostan bitkilərinin arasında əkib-becərdiyi, ümumi çəkisi 34 kiloqrama yaxın olan 587, həmçinin dibçəklərdə kultivasiya yolu ilə yetişdirdiyi 7 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb. Araşdırma zamanı həmin şəxsin narkotik vasitəni bir müddət əvvəl becərdiyi, onlara xüsusi qulluq göstərdiyi və yetişdirib, qurutduqdan sonra isə satmaq məqsədində olduğu məlum olub.

Kamal Sultanov rayon ərazisində narkobaron kimi tanınır və bir neçə dəfə törətdiyi əməllərə görə, cinayət məsuliyyətindən yayınmağa cəhd edib. Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, K.Sultanov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Bundan başqa, Gərəkli kəndi ərazisindəki meşə massivində kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilər aşkar edilib.

Həmin əraziyə baxış keçirilən zaman orada xüsusi qulluq göstərilərək yetişdirilən, ümumi çəkisi 101 kiloqramdan artıq olan 71 ədəd çətənə kolu və qurutmaq üçün bir neçə yerə sərdikləri, ümumi çəkisi 47 kq 570 qr narkotik vasitə qurudulmamış marixuana aşkarlanıb. Həmin narkotik vasitəni becərən şəxslərin aşkar edilərək, cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azərbaycanda xüsusi əməliyyat: Narkobaron helikopterin müşayiəti ilə tutuldu - FOTO/VİDEO

Azərbaycanda xüsusi əməliyyat: Narkobaron helikopterin müşayiəti ilə tutuldu - FOTO/VİDEO

Azərbaycanda xüsusi əməliyyat: Narkobaron helikopterin müşayiəti ilə tutuldu - FOTO/VİDEO


XəbərTv.info
Çap et
Oxşar Xəbərlər

Beatris 05-iyn, 02:13

Spot on with this write-up, I really feel this web site needs much more attention. I'll probably be back again to see more, thanks for the information!

Feel free to surf to my web-site - Ochrona srodowiska (Marisol)
Ответить
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr