BAKI sakinlərinə vacib xəbər var! - İcra başçısı AÇIQLADI

Siyasət / Manset 12-fev, 14:159 xebertv 56 0
BAKI sakinlərinə vacib xəbər var! - İcra başçısı AÇIQLADI

Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə yaxın zamanlarda Bakıda mərkəzi rayonun yaradılması gözlənilir.
Redaktor.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün Bakı Konqres Mərkəzində keçirilən "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda çıxışı zamanı məlumat verib.
BAKI sakinlərinə vacib xəbər var! - İcra başçısı AÇIQLADI

Eldar Əzizov


E.Əzizovun sözlərinə görə, nəzərdə tutulan mərkəzi rayon yaradılsa, tarixi binalara xüsusi xidmət göstəriləcək:

"Sözügedən binaların fasadlarını qoruyub saxlamaq, küçələri vahid standartlara gətirib çıxarmaq kifayət qədər çətindir. Bu məsələ ilə bağlı yaxın zamanlarda qərar veriləcək".

İcra başçısı onu da əlavə edib ki, hazırda paralel olaraq Bakının mərkəzində abadlıq işləri aparılır:

"Paytaxtda yalnız yeni binaların deyil, eləcə də 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində neft sənayesinin inkişafı nəticəsində yerli sahibkarlar tərəfindən inşa edilən bir sıra tarixi binaların da bərpası istiqamətində işlər görülür. Aparılan bütün işlər göz qabağındadır. Bu cür problemlər yaxın zamanda mərkəzi rayonun yaradılması ilə aradan qaldırılacaq". //oxu.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr